Bu gün Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "2 fevral Gəncləri Günü" ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rayon rəhbərliyi, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və fəal üzvləri iştirak ediblər.Giriş sözü ilə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edib, onlara firavan gənclik, sağlamlıq, uğurlu gələcək arzulayıb. Nəcəf Novruzov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırkı gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırıb. Natiq bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirib: "Bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir".Nəcəf Novruzov son olaraq gənclərə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzulayıb.Çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova ölkəmizin bütün sahələrinin daha da sürətlə inkişafına, onun beynəlxalq arenada layiqli yer tutmasına təkan verən gənclər siyasətinin banisinin Ulu Öndər Heydər Əliyev olduğunu diqqətə çatdırıb. İradə Mahmudova Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin hər bir gəncin həyatında mühüm rolu olduğunu qeyd edib: "Bu gün ölkəmizin bütün sahələrində olduğu kimi, gənclər siyasətinin də uğurla davam etdirilməsinə xüsusi diqqət göstərilir. Gənclər cəmiyyətimizin avanqard hissəsini təşkil etməklə, bu günümüz, həm də gələcəyimizdir. Biz Azərbaycan gənclərinə böyük ümidlər bəsləyirik".Daha sonra çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev ölkəmizdə gənclərin potensialına böyük önəm verildiyini, onların həyata keçirmək istədikləri bütün layihələrin reallaşması üçün hər cür əlverişli şəraitin yaradıldığını qeyd edib. T.Tağıyev bildirib ki, hər bir ölkədə müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı yüksək intellektə malik gənc nəslin yetişdirilməsindən, onların cəmiyyət həyatının bütün sferalarında fəal iştirakından birbaşa asılıdır: "Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar".YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışaraq qeyd edib ki, gənclər gününün təsis edilməsindən bu günə qədər keçən illər ərzində Azərbaycanda gəncliyin inkişaf etdirilməsi, müasir gənclik siyasətinin formalaşması üçün böyük işlər görülüb: "Təbii ki, bu işlərin əsasını Ulu Öndər Heydər Əliyev ideyaları təşkil edir. Eyni zamanda Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin də əsasında dayanan bu ideyalar gənclərimiz üçün daha geniş imkanların yaradılmasından ibarətdir. Azərbaycanın inkişafı, artan imkanları gənclərlə bağlı siyasətin daha uğurlu şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaradıb. Bu əlavə imkanlar Azərbaycan gəncliyinin inkişaf etməsinə yönəldilib".Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov çıxış edərək dövlət gənclər siyasətindən və bu siyasətin bugünkü gənclik tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup gənc fəxri fərmanla təltif ediliblər.
yap.org.az