Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 21 ili ilə bağlı tədbir keçirilib. Əvvəlcə partiya fəalları xalqımızın Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edərək tər gül-çiçək dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov 21 il ərzində rayon təşkilatının fəaliyyəti ilə bağlı çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edib. C.Osmanov, həmçinin partiyanın artıq dünyada tanınmış nüfuzlu bir siyasi partiya olduğunu, eləcə də bu işdə Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyanın keçdiyi yoldan, 2003-cü ildən isə Cənab Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən bəhs edib: "Bu gün Yeni Azərbacan Partiyası Ağdaş rayon təşkilatı 77 ilk partiya təşkilatının sıralarında 16703 nəfər üzvü birləşdirir ki, onlardan da 7076 nəfəri gənclər, 8631 nəfəri isə qadınlardır. Bu göstəricilər ağdaşlıların Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olduqlarının və partiyamızın Sədri Cənab İlham Əliyevin ölkəmiz üçün gördüyü misilsiz işləri bəyənərək dəstəklədiklərinin bariz nümunəsidir".
C.Osmanov, həmçinin Yeni Azərbacan Partiyası Ağdaş rayon təşkilatının qarşıda duran vəzifələrdən və görüləcək işlərdən də bəhs edibdir.
Tədbirin sonunda bir qrup partiya fəalına rayon təşkilatının fəxri fərmanları təqdim olunub.
R.HÜSEYNOVA