Ölkənin 1 №-li "facebook" xəstəsi kimi tanınan AXCP sədri Əli Kərimli bu dəfə ölkə başçısının bir qrup gənclərlə görüşü zamanı AXC-Müsavat hakimiyyətini tənqid edən fikirlərindən ciddi sarsıntı və təlaş keçirdiyini gizlətməyib. Daha doğrusu, dövlət rəhbərinin AXC-Müsvatın yarıtmaz hakimiyyətinin öz iqtidarları dövründə ölkə müstəqilliyinin itirilməsi təhlükəsi yaşatdığını dolğun faktlarla, sübut və dəlillərlə ortaya qoyması Əli Kərimlini "facebook"dakı köhnə fırıldağına əl atmağa məcbur edib. Guya AXCP gəncləri öz "liderlərini" debata çıxmağa səsləyiblər və s. Əslində, bilən yaxşı bilir ki, Əli Kərimlinin "facebook"da kifayət qədər öz tərəfindən açdığı saxta profilləri və həmin profilləri idarə edən bir neçə nəfər adamları var. Xüsusilə, "söyüş qrupu" kimi tanınan həmin profillər ayrı-ayrı adlar altında Əli Kərimlinin daxili aləmində formalaşmış xislətini aşkara çıxarmaqla məşğuldurlar. Onlara bu işlərinə görə maaş verən Kərimli gecə yatarkən, boş ağlına nə gəlirsə, səhər tezdən acqarnına həmin fikirlərini "facebook"da yazdırır. Adını da qoyur ki, filan cəbhəçi filan məsələyə görə Əli Kərimlini "dəstəklədi". Halbuki bu fərdin ətrafında özündən başqa uzağı beş-on nəfərdən artıq adam qalmayıb.
Əli Kərimliyə görə leksikonda yeni ifadə – ÖZÜNÜVƏCD!
Ümumiyyətlə, xəstə təfəkkür və səviyyəsizlik sindromunda batıb-gedən Kərimlinin özü-özündən bu qədər vəcdə gəlməsi anlaşılandır. Necə deyərlər, anromallıq və düşüncəsizlik bilavasitə onun alnına yazılıb.
Fikir verin, bu "adam" sosial şəbəkədə başqalarının adından status yazır və sonradan həmin statusdan vəcdə gəlib, özü-özünə toxtaqlıq verir. Elə bilir ki, həmin statusu həqiqətən də cəbhəçilər ona ünvanlayıblar (?!-R.). Məgər buna dəlilikdən, ağılsızlıqdan, sərsəmlikdən və boşboğazlıqdan başqa hansı adı vermək olar?! Yəqin ki, belə getsə, leksikonumuzda Əli Kərimlinin bu cür maneralarına bilavasitə təzə söz icad edəcəyik. Məsələn, "özünüvəcd", yaxud da...
Guya bu "adam" qorxmazdır və dövlətin istənilən nümayəndəsi ilə debata çıxıb sözünü deyə bilmək "qabiliyyətinə" malikdir. Amma burada Əli Kərimlinin qorxaqlığını sübuta yetirən bir epizod yadıma düşdü. Yəqin ki, 2005-ci ildə "Qələbə" kinoteatrı qarşısında keçirilən icazəli mitinqlərin birində həmin mitinqi oturaq aksiyaya çevirmək istəyən Əli Kərimli qanunsuzluğu aradan qaldırmağa məcbur olan polisdən necə qaçmağını unudub!
Unudubsa, biz onun 100-lərlə saxta profillərindən birinə həmin epizodu göndərə bilərik. Maraqlıdır, Əli Kərimli niyə qorxmayıb polisin dəyənəyi altına girməmişdi? Yaxşı olardı ki, bu siyasi təlxək saxtakarlıqlar vasitəsilə nağıl danışıb, əfsanələr uydurub və əslində özü-özünü debata çağırmaqdansa, öz qorxaqlığını eturaf etsin. Hərgah özünü real kişi hesab edirsə...
RÖVŞƏN
P.S. O günləri qonşumuz Süliddin kişi qəzet oxuyub və özü-özünə sual edirdi ki, ayə, görəsən, Azərbaycan siyasətində Əli Kərimi qədər düşük və xarizmasız ikinci adam varmı? Onda arvadı Gülöyşə bacı qayıdıb dedi ki, var. Soruşanda ki, kimdir? dedi ki, elə Əli Kərimlinin özü!