PDF Oxu

Siyasət

  • 36

Azay Quliyev: “Müsabiqənin nəticələri 2 aya elan ediləcək” AÇIQLAMA

Azay Quliyev: “Müsabiqənin nəticələri 2 aya elan ediləcək” AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı illə bağlı artıq müsabiqə elan edib". Bunu SİA-ya şura sədri, millət vəkili Azay Quliyev deyib.Onun sözlərinə görə, bir neçə müddətdən sonra müsabiqənin nəticələri ekspertizaya təqdim olunacaq: "Ekspertiza müsabiqənin nəticələrini qiymətləndirdikdən sonra Şura iki ay müddətində nəticələri elan edəcək. Biz Tədbirlər Planına uyğun olaraq öz fəaliyyətimizi quracayıq".Qeyd edək ki, 2015-ci il dekabrın 14-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

sia.az

Digər xəbərlər