"Qənimət Zahidin Əli Kərimli ilə bağlı bütün iddiaları qeyri-ciddilikdən xəbər verir. Çünki Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının lideri kimi yüz minlərlə insan tərəfindən qəbul olunur, tanınırdı. O, Xalq hərəkatının rəhbəri olmaqla bərabər, həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri idi". Bunu SİA-ya Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.Deputatın sözlərinə görə, hazırki dövrdə nə o Xalq hərəkatı, nə də AXC var: "Bu gün hər kəs cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Beləcə bütün cəmiyyəti nizamlayan Prezidentin Sərəncamları, göstərişləri, iclaslarıdır. Bütün bu uğurları Ümummilli Lider Heydər Əliyevdən sonra ancaq dövlət başçısı İlham Əliyevin adı ilə bağlamaq olar. Ona görə də kimin nə söyləməsinin heç bir əhəmiyyəti yoxdur".
sia.az