PDF Oxu

Siyasət

  • 34

“Çap mediası ən etibarlı və məsuliyyətli informasiya mənbəyi kimi çıxış edir” Baş redaktor

“Çap mediası ən etibarlı və məsuliyyətli informasiya mənbəyi kimi çıxış edir” Baş redaktor

"Milli mətbuatımızın inkişafı daima Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Hətta mətbuata yardım məqsədilə Prezident yanında xüsusi qurum, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb və çox uğurla fəaliyyət göstərir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun "Mətbuat üçün əlavə dəyər vergisi ləğv edilməlidir" fikrinə münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, jurnalistlərin sosial məişət problemlərinin həlli ilə bağlı çox ciddi addımlar atılıb, onların böyük bir hissəsi mənzillə təmin edilib və hazırda jurnalistlər üçün yeni mənzillər tikilməkdədir: "Bütün bunlar və bütövlükdə milli mediamıza göstərilən qayğı çox böyük minnətdarlığa layiqdir. İndiki mərhələdə isə doğurdan da çap mediası xeyli çətin bir problemlə üzləşib. ƏDV-nin bərpa olunması qəzet kağızının bahalaşmasına səbəb olub. Üstəgəl çap xərcləri ciddi şəkildə artırıb. Ona görə də əlavə dəyər vergisinin ləğv olunması doğurdan da print medianın inkişafı üçün yaxşı imkanlar yarada bilər eləcə də mətbu dövriyyənin artmasına və cəmiyyətin etibarlı və dəqiq informasiya ilə təmin olunmasına şərait yaratmış olar. Çünki biz bilirik ki, hələ də ən etibarlı və ən məsuliyyətli informasiya mənbəyi kimi çap mediası çıxış edir. Ona görə də belə bir güzəştin yenidən bərpa olunması çox yaxşı olardı".

sia.az

Digər xəbərlər