PDF Oxu

Siyasət

  • 17

Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gənclər formalaşır

Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gənclər formalaşır

Dünən YAP Qusar rayon təşkilatının gənclər birliyinin və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə rayonun Olimpiya İdman Kompleksində 2 Fevral Gənclər Gününə həsr olunmuş mədəni-kütləvi və idman tədbirləri keçirilib.

Tədbirdən öncə tədbir iştirakçıları tərəfindən rayonun Heydər Əliyev Mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini, YAP Qusar rayon təşkilatı idarə heyətinin üzvü Elman Mustafayev rayon icra hakimiyyətinin başçısı Şair Alxasovun adından tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, müasir cəmiyyətdə gənclərin rolundan söz açıb. O bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. İctimai həyatın bütün sferalarında aktivliyi ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır: "Bu gün dövlətimiz gənclərin fəaliyyəti üçün geniş imkanlar açıb. Bunun məntiqi nəticəsi olaraq bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşmaqdadır.Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rolu danılmazdır".

O bildirib ki, gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etmələrində böyük rol oynayıb: "Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qayğısı və fəaliyyəti nəticəsində Azərbaycan gəncliyinin inkişafı məsələsinin öz məzmununu dəyişdiyini və sürətlə inkişaf etdiyini qeyd edib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda uğurla davam etdirilən gənclər siyasəti dövlətimizin gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amillərdən birinə çevrilib".

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələrilə təltif olunub.

Tədbir gənc istedadların iştirakı ilə bədii proqramla davam etdirilib. Sonda idmançıların nümunəvi çıxışları təqdim olunub.

ZÜMRÜD

Digər xəbərlər