PDF Oxu

Siyasət

  • 25

Niyə təxribatların önündə məhz Əli Kərimli və İsa Qəmbər gedir?

Niyə təxribatların önündə məhz Əli Kərimli və İsa Qəmbər gedir?

Sərdar Cəlaloğlu: "Əli Kərimli də, İsa Qəmbər də hakimiyyətdə olublar, özlərinə müəyyən biznes qurublar"

Son illər iqtisadiyyatımızın strukturu müsbətə doğru dəyişmiş, çoxşaxəli iqtisadiyyata çevrilmiş, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmişdir. Hər il sahibkarlara həm siyasi, həm də iqtisadi dəstək və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə yüz milyonlarla ölçülən kreditlər verilir. Vətəndaş cəmiyyəti quruculuğunda və demokratik proseslərin sürətləndirilməsində genişmiqyaslı işlər görülür, tədbirlər həyata keçirilir.Təbii ki, xaos və iğtişaşlar olan yerdə demokratiya ola bilməz. Bu sadə məntiq dağıdıcı müxalifətə hələ də çatmır. Onlar daim əks prinsiplərlə fəaliyyət göstəriblər. Xarici anti-Azərbaycan dairələrin çirkli pulları hesabına ölkədə qarşıdurma yaratmaq istəyən AXCP-Müsavat funksionerləri öz ağalarının tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar, Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək istəyirlər. AXCP sədri Əli Kərimli, Müsavat başqanl Arif Hacılı, Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər və ətraflarına topladıqları digər ünsürlər sanki öz xalqına, millətinə qənim kəsiliblər. Onların hərəkətləri müxalifətçilikdən çox-çox uzaqdır.

Bunlar xalqa düşmən kəsiliblər. Belələri müxalifət adına ləkədir.

Müxalifət xarici qüvvələrin əlində alətə çevrilib

Hadisələrin inkişafı onu deməyə əsas verir ki, müxalifətin ölkədə təxribatlara cəhddinin arxasında xarici maraqlı qüvvələr dayanır. Hansı ki, bu qüvvələr Müsavat, AXCP kimi partiayalara müəyyən yardımlar edir, mənəvi dəstək göstərirlər. Bir neçə müxalifətdən olan təxribat qrupunun üzvlərinin manatın cüzi olaraq zəifləməsini bəhanə gətirərək, pozuculuğa cəhd etmələri deyilənlərə sübut ola bilər. Təsdiq olunan məlumata görə, müxalifətə ictimai-siyasi sabitliyi pozmaq üçün xaricdəki bəzi maraqlı dairələr böyük məbləğdə maliyə yardımı ayırmışdırlar. Bu işdə koordinator polunda çıxış edən Əli Kərimli, Arif Hacılı və İsa Qəmbər tez-tez təxribatçı qruplarla görüşlər keçirib söhbətlər aparmışlar. Hətta məlumatlara görə, Ə.Kərimli aksiyalar vasitəsi ilə hüquq-müfizə orqanları ilə qarşıdurmalara getmək üçün planlar da işləyib hazılamışdır. Amma içtimaiyyətin təpkisi və hüquq-mühafizə orqanlarının qətiyyəti Ə.Kərimli və onun havadarlarının planlarını alt-üst etdi.

Bəzən sual yaranır: niyə təxribatların önündə məhz Ə.Kərimli, İ.Qəmbər və A.Hacılı gedir? Digər partiaya yetkililəri müxalifət deyilmi?

ADP sədri Sərdar Cəlaloğlu bunun səbəbini sözügen şəxslərin zamanında hakimiyyətdə olub, xaricdə özlərinə havadalar tapmaları ilə əlaqələndirb: "Əli Kərimli də, İsa Qəmbər də hakimiyyətdə olublar, özlərinə müəyyən biznes qurublar. Oradan da pulları gəlir, pis-yaxşı partiyalarını saxlayırlar. Ona görə də ətraflarına müəyyən qədər adam toplaya biliblər. Beynəlxalq təşkilatlar da bunlarla əməkdaşlıq etməkdə maraqlıdır, çünki keçmiş iqtidar olublar və hazırkı hakimiyyətə qarşıdırlar. Amma bunu aşıq demək lazımdır ki, bu iki partiyanın tutduğu mövqe Azərbaycan müxalifətini məhv edib. Nə qədər ki, bu iki partiya var, ölkədə müxalifətin gücü, potensialı ilə nəsə etmək mümkün olmayacaq. Bunlar, ümumiyyətlə, bir araya gəlmək istəmirlər. Nə vaxt müxalif qüvvələr bir araya gəliblər, birlik yaradıblar, bunlar həmin birlikləri dağıdıblar. Bu iki partiya həmişə bir-birlərinə düşmən olublar".

Maraqlıdır ki, pozuculuq aktların törədilməsində eyni mövqedən cıxış edən AXCP və Müsavat funksionerləri müxalifətdə maraqların bölüşdürülməsində bir-birinə güzəştə getmirlər. Hətta iqtidar-müxalifət dialoqları çərçivəsində keçirilən müzakirələrə tərəflər qatılmağa tərəddüd edirlər. Səbəb də biri digərinin xəyanətkar damğası ilə ittiham olunmasıdır.

BAXCP sədri Qüdrət Həsənquliyevin sözlərinə görə, Müsavat partiyasının görüşə qatılmaması sadəcə olaraq Arif Hacılının Əli Kərimlidən çəkinməsi ilə bağlıdır: "Arif Hacılı qorxur ki, Əli Kərimli ona yenidən hücumlar təşkil edəcək və ona müxalifət sertifikatı verməyəcək. Yəni Əli Kərimlinin şantajından qorxduğu üçün Müsavat partiyası bu görüşə qatılmadı".

İ.ƏLİYEV

Digər xəbərlər