PDF Oxu

Siyasət

  • 22

Razi Nurullayevin saytı Əli Kərimlini "vurdu"

Razi Nurullayevin saytı Əli Kərimlini "vurdu"

"Əli Kərimli AXCP-ni biznes, şəxsi qazanc mənbəyinə çevirib"

AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin nəzarətində olan cebhe.info saytında Əli Kərimlinin ünvanına sərt ittihamlar səsləndirilib. Məqalədə göstərilir ki, Əli Kərimli zaman-zaman müxalifət partiya sədrləri və fəalları haqqında səfirliklərə donoslar yazıb, əvəzində isə mükafatlandırılıb. SİTAT: "Bu metod onun üçün daim keçərli idi. Sonra Əli Kərimlini partiyada avtoritar rejim yaratmaqda ittiham edən keçmiş müavini, indiki AXCP sədri Razi Nurullayevi də ittiham etdi. Bütün bu şantajların kökü isə başqaydı. AXCP-ni davamlı olaraq alətə çevirmək və biznesə, şəxsi qazanc maraqlarına qurban vermək. Ona görə də hər kəsi davamlı şəkildə ləkələmək və böhtanla susdurmaq üsulunu tətbiq edirdi. Bu işdə Əli Kərimli tək düşünən beyin olsa da, planlarını reallaşdırmaq üçün sosial şəbəkələrin imkanlarından bəhrələnirdi. Özünün və yaxın bir neçə nəfərlik qrupunun "Facebook" sosial şəbəkəsində yaratdığı saxta profillər hücum planını icra etməkdə və ləyaqətli insanları ləkələməkdə əsas silah idi. Vaxtilə onunla birgə olanların etirafına görə, təkcə Kərimlinin özünün 200-dən çox saxta profili vardı".

"2000-ci ildən 2015-ci ilədək xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə agentlik etməkdən Əli Kərimli milyonlar qazanıb"

Məqalədə Əli Kərimlinin səfirliklərlər işbirliyi haqqında məlumat verilir və qeyd olunur ki, səfirliklərə satılan məlumatlar AXCP-yə rəhbərlik edəndən, 2000-ci ildən 2015-ci ilədək xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə agentlik etməkdən Əli Kərimli milyonlar qazanıb: "Dəfələrlə də partiyadan uzaqlaşdırdığı şəxslərə istiqamətlənmiş "siz gedən yolları mən qayıdıram" deməklə, əslində kimin agent olduğunu özü də etiraf edirdi. Bu ibarə, əlbəttə, keçmiş AXCP sədrinin müxtəlif dairələrlə əlaqələrinin olmasından doğur. "Dil yanılar, doğru söylər" deyib atalar. Kərimlinin də bu yanlışı, əslində bilməyərəkdən edilən etiraf idi. O, etiraf ki, bu illər ərzində Kərimliyə milyonlar qazandırıb. Danılmaz faktdır ki, Əli Kərimli sahib olduğu mülkiyyət və milyonlarla dolları satqınlıqla əldə edib. AXCP-yə xarici ölkələrin QHT-lərindən ayrılan qrantların mənimsənilməsi də bu qəbildəndir. Kiçik bir nüansı qeyd edək ki, 2005-ci ildən, faktiki olaraq heç bir yerdə işləməyən Əli Kərimlinin böyük oğlu dünyanın ən bahalı universitetində - Oksfordda təhsil alıb. Kiçik övladı da Azərbaycanın ən bahalı məktəbində - Oksfordda oxuyub".

Samir

Digər xəbərlər