Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov Yevlax ictimayyəti ilə görüşüb
Dünən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov Yevlax ictimayyəti ilə görüş keçirib. Xüsusən, xırda və orta sahibkarlıqla məşğul olan vətəndaşların iştirak etdiyi tədbir dialoq şəklində çox məhsuldar keçib.
Tədbirdə Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov və millət vəkili İlham Məmmədov iştirak edib. Yevlax ictimayəti qarşısında çıxış edən Baş nazirin müavuni Əli Əhmədov Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyəsətdən əldə etdiyimiz uğurlardan, hal-hazırda həyata keçirilən və gələcəkdə icrası planlaşdırılan işlər haqqında söz açaraq ictimayət nümayəndələrinə geniş məlumat verib.
Natiq xüsusilə vurğuladı ki, ölkəmizdə xırda və orta sahibkarlığın inkişafı prioritet məsələ olmalıdır: "Bu gün hər kəs yaşamağa inkişafa uyğun tərzdə yanaşmalıdır. Hər bir şəhər və rayonda öz gəlirlərini formalaşdırmalı, buna uyğun işlər həyata keçirməlidirlər. Dövlət detasyasınından asılı olmalı deyillər. İnsanların güzəranının yaxşılaşdırılması istiqamətində yeni iş yerlərinin açılmasına şərait yaradılmalıdır. Hər bir məmur xalqa xidmət etməyi özünə borc bilməlidir. Xalqa xidmətin parametirləri xalqla bir arada olmaqdan ibərətdi".
Çıxış edənlər, ilk növbədə ölkə Prezidenti Cənab İlham Əliyevin siyasətinə inanaraq arxalandıqlarını bildirdilər: "Biz inanırıq ki, Azərbaycanın yeni iqtisadi inkişaf modeli hər bir vətəndaşa, eləcə də ölkəmizə uğur gətirəcək". Sonra tədbir vətəndaşlarla cənab Əli Əhmədovun dialoqu şəraitində davam etdirildi. Sahibkarlar tərəfindən müxtəlif təkliflər səsləndirildi. Bəzi məsələlər Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov tərəfindən yerindəcə həllini tapdı.