Əli Kərimlinin nəzarətində olan plagiatçı mətbu orqanın iyrənc əməlləri ictimai rəy qarşısında!
Bilavasitə AXCP sədri Əli Kərimlinin nəzarəti altında gün işığı görməsi, eləcə də onun egidası altında gündəlik planlaşmaların keçirilməsi kimsəyə sirr olmayan "Azadlıq" qəzetinin ölkəmizin, dövlətçilik maraqlarının nüfuzuna ləkə vurmaq cəhdlərindən biri növbəti dəfə ifşa olunub. Bu dəfə "Yeni Müsavat" qəzeti vasitəsilə…
Məsələ ondadır ki, yalan, şantaj və şər-böhtanla yoğrulan "Azadlıq" qəzetinin bu kimi ürəkbulandırıcı əməlləri azmış kimi, bu dəfə "Yeni Müsavat" qəzetində 6 il (!) öncə dərc olunmuş yazını özününküləşdirib, daha dəqiqi isə oğurlayıb. Əslində, burada təəccüb doğuracaq hər hansı bir amil yoxdur. Yəni harada "Azadlıq" qəzeti, Əli Kərimlinin adı keçirsə, orada mütləq şəkildə əyrilik, oğurluq və s. bu kimi hallar mütləq olmalıdır. Beləliklə, məsələnin kökünü araşdıraq.
Belə ki, "Azadlıq" qəzetinin 2 fevral 2016-cı il tarixli sayında "Bakıdakı "Qul bazarı"nda hamilə qadınlar da iş axtarır". Sözügedən yazının çirkin niyyətli olması elə onun başlığından bəlli olur. Təbii ki, həmin dıranaqrası araşdırma xarakterli yazını oxuyan oxucu mütləq neqativ hisslərə qapılaraq, ölkədə sosial gərginliyin son həddə olmasını, işsizliyin kütləvi hal aldığını, əmək hüquqlarının qorunmadığını... bir sözlə, yalnız mənfi assosiasiyalı məqamlar yaşayır.
6 il öncə "Yeni Müsavat" qəzeti radikal müxalifət partiyası olan Müsavatın rəsmi, ya da qeyri-rəsmi mətbu orqanı kimi nəşr olunurdu
Ancaq söz açdığımız məsələ bununla da sona çatmır. Həmin yazı, xüsusən də jurnalistikanın "canlı janrı"nda-reportaj janrında qələmə alınıbsa, məhz belə assosiasiyalar da doğurur. "Reportaj" fevralın ilk günü sosial şəbəkələrdə paylaşıldıqdan sonra (sirr deyil ki, Əli Kərimlinin sosial şəbəkələrdə "ixtisaslaşdırdığı" dırnaqarası kadrları var və onlar saxta profillərlə AXCP sədrinə istənilən məsələni şişirdərək siyasi xal qazandırmaqla məşğuldurlar-R.N.) ona verilən şərhlər də sırf siyasi məqsədlə, sosial narazıları qızışdırmaq məqsəd ilə hazırlanmasına bariz sübutdur. Amma...
Çirkin, məqsədli və siyasi qarayaxma kampaniyasına xidmət edən yazının "canlı" olmaması, 6 il əvvəl "Yeni Müsavat"da (!) hazırlanmış reportajın plagiat edilməsi, həqiqətən də daha iyrənc, daha murdardır. Nə az, nə çox, düz 6 il əvvəl olmuş və ya o zaman da hansı siyasi məqsədlər naminə yazılmış reportajı oğurlayaraq, "Azadlıq" qəzetində "manatın devalvasiyasından sonrakı Azərbaycan reallığı" kimi təqdim etməyin necə qiymətləndirməyi isə oxucular özləri dəyərləndirsə, daha yaxşı olardı.
Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, 6 il öncə "Yeni Müsavat" qəzeti hazırkı ictimai-siyasi kursundan fərqli mövqedə çap olunurdu. Daha dəqiq desək, həmin ərəfələr parlamet seçkilərinə, yaxyd da ərəfəsinə təsadüf edirdi və adıçəkilən mətbu orqan rəsmi, yaxud da qeyri-rəsmi radikal siyasi təşkilat-Müsavat partiyasının orqanı kimi fəaliyyət göstərirdi. O zaman dərc edilən "Yeni Müsavat" qəzetinin istənilən sayına nəzər salsaq, biz orada Müsavat partiyasının dövlətçilik maaqlarına qarşı kəskin radikalizm siyasətinin təbliğini görə bilərik. Yəni bu, heç də sirr deyil. Və təbii ki, zaman keçdikcə, hər hansı bir siyasi-ictimai mətbu orqan vaxtilə tutduğu yanlış yoldan imtina edə, qərəz deyil, real məlumatlarla oxucularının qarşısına çıxa bilər. Bu baxımdan, 6 il öncə "Yeni Müsavat" qəzetində gedən məlum yazının indi məhz həmin qəzet tərəfindən "Azadlıq" qəzetində ifşa edilməsi istər-istəməz maraq doğurur. Çünki məsələ ilə bağlı artıq "Yeni Müsavat" qəzetinin rəhbərliyi də çıxış edib.
"Azadlıq" qəzeti Əli Kərimlinin xəyanət və namərdlik ənənəsinə sadiq qalaraq, indi də günahı "xural.com" saytına, ya da bu saytın rəhbəri olmuş Əvəz Zeynallının üzərinə atır!
Həmin çıxışıdan bir neçə cümləni oxucularımızın diqqətinə çatdırırıq. Sitat: ""Yeni Müsavat" qəzetinin 11 avqust 2010-cu il sayında dərc olunan və qəzetin əməkdaşı Günay Musayevanın müəllifi olduğu "Bakıdakı "Qul bazarı"nda hamilə qadınlar da iş axtarır" başlıqlı yazısı 6 il sonra "Azadlıq" qəzetinin 2 fevral 2016-cı il sayında dərc olunub. Eyni başlıq, eyni məzmunla, "xural.com" saytına istinad edərək.
"Yeni Müsavat" qəzetində 6 il öncə dərc olunan reportajın indi necə gündəmə gəlməsini və müəlliflik hüququnun niyə tanınmamasını araşdırmaq üçün öncə "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şəriflə əlaqə saxladıq.
Sücəddin Şərif həmin yazının "Yeni Müsavat" qəzetində dərc olunduğundan və 6 il öncə yazıldığından xəbərsiz olduğunu bildirdi: "Bu yazını əməkdaşlarımız xural.com saytından götürüblər. Orada "Yeni Müsavat"a istinad olunmadığı üçün biz yazının "xural.com" saytına aid olduğunu düşünərək onlara istinadən verdik. Mən bu məsələni əməkdaşlarımızla araşdıracağam".
Maraqlı vəziyyətdənçıxma üsuludur, deyilmi? Sual olunur, əgər siz "Azadlıq" qəzetinin səlahiyyətlisisinizsə, nəyə görə bu qədər böyük oğurluq faktını vaxtında aşkara çxıarmamısınız?! Yaxud Əli Kərimli, bilavasitə nəzarətində olduğu "Azadlıq" qəzetinin gündəlik planlaşmasını keçirirsə, hansı yazının, açıqlamanın, müsahibənin gedəcəyini şəxsən (!) müəyyənləşdirirsə, nə əcəb bu faktı "görməyib?!" Demək, bu, bilə-bilə, qəsdən törədilmiş oğurluq faktıdır və indi də həmin oğurluğu öz üzərlərindən "xural.com" saytının üstünə, ya da həmin sayta rəhbərlik etmiş Əvəz Zeynallının üzərinə yıxmağa çalışırlar. Necə deyərlər, cəbhəçilər öz namərdliklərini növbəti dəfə sübuta yetirmiş oldular! Sən demə, "xural.com" saytı "Yeni Müsavat"a istinad etməyibmiş (?!). Tutaq ki, bu, belədir, bəs 6 il (!) öncə yay aylarında gedən yazının (şəkildən açıq-aşkar görünür ki, adıçəkilən reportaj yay ayında götürülüb-R.N.) qış ayında ictimai rəyə sırınmasına hansı adı verək?!
Beləliklə, məsələ bütün çılpaqlığı ilə göz önündədir – dünyada gedən iqtisadi böhranın istər-istəməz Azərbaycana da təsirsiz ötüşməməsindən sonra ölkəmizdə "sosial partlayış" yaradacağını düşünən "Azadlıq" qəzeti özü-özünü partladaraq, əslində məhv edib. Sübut göz qabağındadır!
Rövşən NURƏDDİNOĞLU