PDF Oxu

Siyasət

  • 26

AXCP-dən Elman Fəttaha CAVAB

AXCP-dən Elman Fəttaha CAVAB

"Bu insanlar yalnız öz xəyanətkarlıqları ilə yaddaşlarda qalıblar"

"Müsavatın indiki rəhbərliyi cəmiyyətdəki imicinin sıfıra enməsi həyəcanı ilə qarşı tərəf tapıb özünü reklam etməyə çalışır". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasına alternativ yaradılan AXCP-nin sədr müavini Səbuhi Aslanbəyli Müsavat Partiyasının başqan müavini Elman Fəttahın onlara qarşı səsləndirdiyi ittihamlara münasibətini bildirərkən deyib.Sədr müavini qeyd edib ki, Elman Fəttah kimi yarıtmaz siyasətçilər bizim fəaliyyətimizdən özlərinə örnək götürsələr yaxşı olar: "Son zamanlar bizim təşkilatların daha öndə olması onlarda qıcıq yaradıb. Müsavat özünə eyni xislətə malik yandaş da tapıb ki, bu da onların Azərbaycanın siyasi arenasında qaraguruhculuq mövqelərinin bir daha isbatıdır. Obyektiv olaraq insanlar arasına sorğu keçirilsə, o zaman Müsavatın indiki rəhbərliyi də, Yurdçular da öz simalarını aydın şəkildə görmüş olarlar. Bu insanlar yalnız öz xəyanətkarlıqları ilə yaddaşlarda qalıblar. İllərdən bəri elədikləri xəyanətləri, yarıtmaz siyasəti bizim adımıza çıxmaq istəyirlər. Necə deyərlər "meymun baxar güzgüyə adını qoyar özgəyə". Elman Fəttaha məsləhətim odur ki, xeyirli bir əməllə yaddaşda qalmağa çalışsın, boş-boş danışmaqla deyil".

sia.az

Digər xəbərlər