PDF Oxu

Siyasət

  • 17

Akif Nağı: “Azərbaycan hər an hərbi əməliyyatlara başlaya bilər” AÇIQLAMA

Akif Nağı: “Azərbaycan hər an hərbi əməliyyatlara başlaya bilər” AÇIQLAMA

"Ümumiyyətlə Ermənistan dövləti ehtiyat edir ki, Azərbaycan hər an hərbi əməliyyatlara başlaya bilər. Beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk qrupunun tutduğu mövqe Azərbaycana başqa bir yol qoymur". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Onun sözlərinə görə, Azərbaycanda artıq beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə vaxtsa ədalətli mövqe tutacağına inam demək olar ki, yoxdur: "Bu həm dövlət, həm də cəmiyyət səviyyəsində belədir. Məhz buna görə də ölkəmiz münaqişənin həlli istiqamətində yeni-yeni yollar axtarır, müttəfiqləri ilə daha da ciddi yaxınlaşmağa çalışır. Hesab edirəm ki, Azərbaycanın bu çalışmalarından ermənilərin və onların himayədarlarının də xəbəri var. Ona görə də rəsmi İrəvan hərbi əməliyyatlara qarşı hazırlıq işlərini görür. Amma yenə də bizim mövqemiz odur ki, Ermənistan hansı hazırlıq işlərini görür-görsün ölkəmiz hərbi məsələlərə başlamalıdır. Çünki ölkəmizin başqa yolu yoxdur".

sia.az

Digər xəbərlər