PDF Oxu

Siyasət

  • 20

Əliməmməd Nuriyev: “Novruz bayramında da məhkumlar sevindiriləcək” AÇIQLAMA

Əliməmməd Nuriyev: “Novruz bayramında da məhkumlar sevindiriləcək” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev hər zaman insanlarımıza xoş əhval-ruhiyyə, sevinc bəxş edir. Xüsusilə bu, məhkumlara münasibətdə də özünü göstərib. Ölkə başçısı tərəfindən hər il xeyli sayda əfv Sərəncamları imzalanıb ki, bu da həmin məhkumların ailəsində sevincə səbəb olub". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti hər zaman xüsusilə bizim üçün əziz olan Novruz bayramı ərəfəsində hər kəsi sevindirməyə çalışır: "İstisna etmirəm ki, Novruz bayramı ərəfəsində də belə əfv Sərəncamı ola bilər. Çünki əfvlə bağlı ərizələrin ilboyu toplanması davam edir. Əfv sektoru sənədlərlə bağlı müvafiq işlərin görülməsi istiqamətində daim fəaliyyət göstərir və daimi olaraq Əfv Komissiyasına müraciət etmiş vətəndaşlar haqqında arayışlar təqdim edir. Təbii ki, Komissiya da bu məsələni daimi olaraq diqqətdə saxlayıb və müvafiq qərarlar qəbul edərək həmin o tovsiyyələri cənab Prezidentin diqqətinə çatdırır. İnanıram ki, ölkə rəhbəri özünün müstəsna səlahiyyətlərindən istifadə edərək yenə də Novruz bayramı ərəfəsində bir çox məhkum ailələrini və məhkumları sevindirəcək".

sia.az

Digər xəbərlər