"Ermənistan mətbuatının Gürcüstan-Azərbaycan və Gürcüstan-Türkiyə münasibətlərini pozmaq cəhdləri qətiyyən dayanmır. Bunun üçün ən iyrənc üsullardan istifadə edilir. Belə iyrənc üsullardan biri Gürcüstan vətəndaşı olan üç azərbaycanlının Türkiyədə qətlə yetirilməsi haqqında məlumatın Ermənistan KİV-ləri tərəfindən təqdim edilməsi forması oldu". BunuSİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.Onun sözlərinə görə, Ermənistan mətbuatı öldürülənləri "Gürcüstan vətəndaşları" və ya "Gürcüstan vətəndaşı olan azərbaycanlılar" kimi deyil, "gürcülər" kimi təqdim etdi: "Öldürülənlərin azərbaycanlı olmaları faktını "unutdu". Məlumatın bu şəkildə təqdim edilməsində başlıca məqsəd az məlumatlı gürcülərdə ictimai rəyi çaşdırmaq və antitürk əhval-ruhiyyəsini qızışdırmaq idi. Ermənistan mətbuatı bir daha özü öz üslubu ilə təsdiq etdi ki, erməni dairələri daim qan üstündə qurduqları idbar siyasəti bu gün də davam etdirirlər. Hesab edirəm ki, bizim KİV-lər kifayət qədər ehtiyatlı olmalı və onların belə üsullarını zamanında ifşa etməlidir".
sia.az