PDF Oxu

Siyasət

  • 19

Musa Quliyev Apellyasiya Şurasının özəlliyindən danışdı AÇIQLAMA

Musa Quliyev Apellyasiya Şurasının özəlliyindən danışdı AÇIQLAMA

"Ümumiyyətlə ictimai nəzarət çox vacib faktordur. İnsanların dövlət quruculuğu işində hökumətin idarə olunmasında fəal iştirakını təmin edən, eyni zamanda hökumətin qərarlarını icra etməyən və bunu öz xeyrinə istifadə edən məmurların və yaxud iş adamlarının fəaliyyətinə nəzarət etmək və bu fəaliyyəti qanun müstəvisində yönəltməkdən ötrü ictimaiyyətin bu sahədə iştirakı çox vacibdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılmasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, məhz buna görə də cənab Prezidentin ötən gün çox ciddi Fərman və Sərəncamları oldu: "Təbii ki, bunlardan da biri Prezident yanında Apellyasiya Şurasının yaradılması idi. Hazırda Milli Məclisdə "İctimai nəzarət haqqında" qanun da hazırlanır. Apellyasiya Şurasının əsas məqsədi insanların narahatçılığını, onlara qarşı olan biganəliyi, bürokratiyanı, törədilən əngəlləri və yaxud sahibkarın fəaliyyətinə göstərilən müqavimətin, maneçiliyin aradan qaldırılması, idarəçiliyin təkmilləşdirilməsi, dövlət-vətəndaş, eləcə də məmur-vətəndaş münasibətlərinin daha da şəffaflaşdırılması, vətəndaşların müraciətlərinə vaxtında, düzgün baxılmasını təmin etməkdir. Hesab edirəm ki, Şuranın fəaliyyəti Azərbaycanda biznes mühitinin şəffaflaşmasına xidmət edəcək, vətəndaşın dövlətə inamını möhkəmləndirəcək, məmur-vətəndaş münasibətlərinin daha doğru, hüquqi müstəviyə yönlənməsinə gətirib çıxaracaq, eləcə də sahibkarlıq fəaliyyətinin, xüsusilə kiçik sahibkarlığın inkişafına dəstək olacaq".

sia.az

Digər xəbərlər