PDF Oxu

Siyasət

  • 22

Elman Məmmədov: “DQMV-nin yenidən bərpa olunmasına ehtiyac yoxdur” AÇIQLAMA

Elman Məmmədov: “DQMV-nin yenidən bərpa olunmasına ehtiyac yoxdur” AÇIQLAMA

"Hesab edirəm ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yenidən bərpa olunsa, burada heç bir üstünlükdən söhbət gedə bilməz". BunuSİA-ya millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, DQMV-nin yenidən bərpa olunması fikrinin tam əleyhinədir: "Çünki Azərbaycan Respublikasında 1923-cü ildə qeyri-qanuni, Azərbaycan xalqının milli mənafeyinə, iradəsinə zidd olaraq ermənilərin istəyi, rəsmi Moskvanın təşəbbüsü ilə ölkəmizin daxilində o dövrdə belə bir qondarma qurum yaradıldı. Guya ki, Azərbaycanın o regionunda ermənilər çoxluq təşkil edir və onlara muxtariyyət vermək lazımdır. Onda gərək o dövrdə Gürcüstanda yaşayan azərbaycanlılara, eləcə də Ermənistanın özündə bütün Zəngəzur, Dərələyiz, Göyçə mahalına muxtariyyət verilərdi və s. Bu lazımsız qurum 1991-ci ilin noyabrın 26-da Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə ləğv olundu. Hazırda ona heç bir ehtiyac da yoxdur. Azərbaycan 100-200 milyon əhalisi və çox böyük ərazisi olan bir dövlət deyil ki, onun müxtəlif yerlərində müxtəlif muxtariyyətlər, vilayətlər yaradılsın. Qətiyyən buna ehtiyac yoxdur və düzgün olaraq da ləğv olunub".

sia.az

Digər xəbərlər