PDF Oxu

Siyasət

  • 21

““Xocalıya ədalət” kampaniyası çərçivəsində böyük işlər görülür” AÇIQLAMA

““Xocalıya ədalət” kampaniyası çərçivəsində böyük işlər görülür” AÇIQLAMA

"Həmişə olduğu kimi, bu il də ölkənin bütün rayon və şəhərlərində yerləşən idarə və müəssisələrdə Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçiriləcək. Biz bir daha Xocalıda qətlə yetirilmiş doğmalarımızı hörmətlə yad edəcəyik". Bu fikirləriSİA-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.O bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı böyük işlər görülür: "Artıq dünyanın bir neçə ölkəsinin parlamenti Xocalı soyqırımını qəbul edib. Bəzi beynəlxalq təşkilatlarda Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edilib. Dünya ictimaiyyətinə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə məlumatlar çatdırılır. Bu işdə xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın böyük əməyi var. Onun rəhbərliyi ilə keçirilən "Xocalıya ədalət" kampaniyası artıq neçə illərdir ki, çox böyük işlər görür. Ümumiyyətlə, əvvəlki illərlə müqayisədə bu yöndə fəaliyyət gücləndirilib. Hər bir azərbaycanlı öz sahəsi üzrə Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdırmağa çalışmalıdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dünya ölkələrində Xocalı soyqırımı ilə bağlı keçirdiyi tədbirlər təqdirəlayiqdir".Bayram Səfərovun sözlərinə görə, dünyada ədalətsizlik, ikili standartlar, siyasi oyunlar davam edir: "Günümüzdə də böyük faciələr yaşanır. Xaçpərəstlərin bir-birinə dəstəyi, xristian təəssübkeşliyi hökm sürür. Azərbaycan xalqı yalnız öz gücünə inanmalı, lideri Cənab İlham Əliyevin ətrafında sıx birləşməli, onun apardığı siyasəti dəstəkləməli, Ali Baş Komandanın əmrinə hər an hazır olmalıdır.Möhtərəm Prezidentimiz dünyada baş verən bütün prosesləri çox düzgün analiz edir. ATƏT-in Minsk qrupunun həmsədrləri təmsil etdikləri dövlətlərin diktəsi ilə hərəkət edir. Onlar Ermənistanın vaxtı uzatmasına, işğalçılığını davam etdirməsinə göz yumur. Cənab Prezidentimiz də bunu ən yüksək tribunalardan dəfələrlə səsləndirib. İki ölkə Prezidentlərinin sonuncu görüşündən sonra da ölkə başçımızın dediyi kimi, bu görüşlər formal xarakter daşıyır. Ona görə də biz Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazır olmalıyıq".

sia.az

Digər xəbərlər