"Ümumiyyətlə müxalifət düşərgəsində müəyyən bir qrup var ki, onlar özlərindən başqa heç kimi müxalifətçi hesab etmirlər". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.Onun sözlərinə görə, müxalifət öz arasında sanki bir manapoliya yaradıb: "Onlar bu manapoliyadan kənar insanları da öz aralarına buraxmaq istəmirlər. Ola bilsin ki, bunun da müəyyən bir əsasları var. Bu əsaslar da çox güman ki, onların şəxsi maraqlarına hesablanıb. Amma bütün hallarda müxalifətin koalisiyasının yaradılması arzuolunmaz bir yanaşmadır. Əgər hər hansı bir siyasi qüvvə hakimiyyətin mövqeyini bölüşmürsə, bu artıq avtomatik olaraq müxalifət düşərgəsindən hesab olunmalıdır".M.Rəhimli əlavə edib ki, Eldəniz Quliyevin müxalifət partiyalarının anti-böhran koalisiyasını məsxərəyə qoymasının isə heç bir əsası yoxdur: "Bu, söz güləşdirməkdən başqa heç nəyə xidmət etmir. Azərbaycanda siyasi proseslərə münasibət dəyişməlidir. Hamı da birmənalı şəkildə bilməlidir ki, siyasi mübarizədə yalnız radikalizm yolundan istifadə etmək məzmun deyil. Təbii ki, alternativ yollarda var. Buna misal olaraq, insanların maarifləndirilməsi, hakimiyyətlə əməkdaşlıq edərək səhvlərin ortaq müzakirə olunaraq aradan qaldırılması variantları da var".
sia.az