PDF Oxu

Siyasət

  • 17

"Azərbaycanın tolerantlığı model kimi Yaxın Şərqə ixrac oluna bilər" AÇIQLAMA

"Azərbaycanın tolerantlığı model kimi Yaxın Şərqə ixrac oluna bilər" AÇIQLAMA

"Bu gün Azərbaycan regionda həm iqtisadi, həm siyasi, həm də intellektual baxımından ən inkişaf etmiş ölkələrdəndir. Bu inkişafın əsasında Azərbaycanda həyata keçirilən uğurlu siyasət dayanır. Əgər bu göstəricilərin üzərinə yerləşdiyimiz siyasi-coğrafiyanı da gəlsək, Azərbaycanın regionda və subregionda nə qədər əhəmiyyətli dövlət olduğunu görmüş olarıq. Bu mənada Azərbaycan Prezidentinin Böyük Britaniyada keçirilən tədbirə dəvət olunması həm Azərbaycanın bir dövlət kimi əhəmiyyətindən, həm də Prezident İlham Əliyevin şəxsi nüfuzundan xəbər verir". BunuSİA-ya açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, tarixən klassik Şərqlə Azərbaycan həm iqtisadi, həm mədəni, həm siyasi, həm də digər parametrlər üzrə bağlı olub: "Azərbaycanın milli mənəviyyatının və mentalitetinin tərkib hissələrindən biri olan din Yaxın Şərqdən gəlib. Orada cərəyan edən hadisələr dindaşlarımızın yaşadığı coğrafiyada baş verir. Bunun üzərinə çox uzun və birbaşa quru sərhədi olan Türkiyə faktorunu, və Azərbaycanın qardaş ölkə ilə münasibətlərini gəlsək Yaxın Şərqdə baş verənlərin Azərbaycandan o qədər uzaq olmadığını görərik. Yaxın Şərqdə baş verənlər məzhəb və dini müstəvidə olan qarşıdurmadır. Çox təəssüf ki, dindaşlarımızın yaşadığı coğrafiyada bu məsələ problem olaraq qalır. Azərbaycanda mövcud olan tolerantlığın, dini dözümlülüyün Yaxın Şərqə ixrac olunması məsələsi də aktualdır. Regionun gələcəyi baxımından əhəmiyyətli olan belə bir tədbirdə Prezident İlham Əliyevin iştirak etməsi ölkəmizin iqtisadi, hərbi qüdrəti ilə bağlıdır. Bundan başqa Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, humanitar böhranın idarə edilməsi ilə bağlı Azərbaycanın kifayət qədər təcrübəsi var. Erməni işğalı nəticəsində ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Əgər Suriyada sülh yaranarsa, Azərbaycanın bu təcrübəsi də işə yaraya bilər və ölkəmiz bunu etməyə hazırdır.Millət vəkili qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr Qərb imperializminin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi kimi ortaya çıxıb: "Çox təəssüf ki, Suriya məsələsi qlobal problem səviyyəsinə gəlib çatıb. Yaxın Şərqdə baş verən hadisələr Qərb imperializminin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi kimi ortaya çıxıb. Bu imperializm Yaxın Şərqi Əfqanıstan poliqonuna çevirməyənə qədər əl çəkməyəcək. Lakin orada baş verənlər müsəlmanların, Yaxın Şərqin daxili işi, məzhəb davası kimi təqdim olunur. Burada sual olunur 2011-ci ilə qədər də həmin insanlar eyni coğrafiyada necə mehriban yaşayırdılar? Demək burada münasibətləri din, məzhəb üzərində qarşıdurma səviyyəsinə çatdıran başqa bir faktor var. Bu faktor Qərb imperializmi, islam dünyasını parçalamaq siyasətidir. Bunu Yaxın Şərqdə yaşan insanlar da dərk etməlidirlər. Nə qədər ki onlar Qərb imperializminin alətinə çevriliblər, orada sabitlik, dinclik olmayacaq"."Müharibə əxlaqı baxımından Yaxın Şərqdə baş verənlər tarixinin ən vəhşi qanunları ilə idarə olunur. Çox mənəviyyatsız müharibə aparılır. Bunun tarixi məsuliyyəti Qərb siyasətçilərinin vicdanı üzərindədir. Onlar nə vaxtsa buna görə cavab verəcəklər"- deyə, H. Babaoğlu əlavə edib.

sia.az

Digər xəbərlər