PDF Oxu

Siyasət

  • 23

Akif Aşırlı: "Qəzetlər bu ağırlığa tab gətirməyəcək" MÜNASİBƏT

Akif Aşırlı: "Qəzetlər bu ağırlığa tab gətirməyəcək" MÜNASİBƏT

"Ölkəyə gətirilən qəzet kağızına, həmçinin hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv olunması müəyyən dərəcədə çap mediasında yaranan böhranın qarşısını ala bilər. Ancaq problem təkcə çap məhsullarına tədbiq edilən 18% əlavə dəyər vergisi ilə bağlı deyil, bu gün çap mediası kifayət qədər problemlərlə üz-üzədir". Bu fikirləri SİA-ya açıqlamasında "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.Baş redaktor qeyd edib ki, qəzetin maliyyə xərclərinə təkcə kağızın qiyməti daxil deyil: "Qəzetin mətbəə, texniki xərcləri də var ki, bütün bunlar nəzərə alınmalıdır. Əks halda qəzetləri düşdüyü ağır vəziyyətdən xilas edə bilməyəcəyik. Qəzetlərin bir çoxunun bu ağırlığa tab gətirməyəcəyi indidən bəllidir".Akif Aşırlı mövcud vəziyyətdən çıxış yolu kimi bir neçə təklif irəli sürüb ki, bunlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzetlərə ayrılan yardımların artırılmasıdır: "Bu, indiki halda olduqca zəruridir. Dünyada gedən iqtisadi böhran fonunda Azərbaycanda milli valyutamızın devalvasiyasından sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Bunu nəzərə alaraq KİVDF qəzetlərə yardımı ən az 50 % artırmalıdır. Bundan başqa çap mediasının ağrılı yeri olan reklam bazarını müzakirəyə çıxarmaq lazımdır. Çünki qəzetlər heç cür reklam ala bilmirlər. Düşünürəm ki, Cənab Prezidentin iqtisadi islahatlar sahəsində atdığı addımlar liberal iqtisadiyyatın inkişafına xidmət etməklə yanaşı həm də sahibkarlıq mühitini daha da genişləndirəcək ki, bunun da məntiqi nəticəsi olaraq reklam bazarı formalaşa bilər. Ümid edirəm ki, qəzet baş redaktorlarının verdikləri təkliflər aidiyyatı dövlət qurumlar tərəfindən nəzərə alınacaq və biz qəzetləri qoruyub saxlayacağıq".

sia.az

Digər xəbərlər