Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş ofisində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş "Qəhrəmanlar Unudulmur" adlı layihənin bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP GB Ofisinin koordinatoru Elmar Məmmədov Azərbaycan xalqının tarixi köklərinə söykənən qəhrəmanlıqları, heç kimə boyun əyməməyi haqqında iştirakçılara ətraflı məlumat verib. Bu nöqteyi nəzərdən "Qəhrəmanlar Unudulmur" adlı layihənin aktual olduğunu qeyd edib.Daha sonra layihə rəhbəri Fatimə Hüseynzadə bu layihə haqqında ətraflı məlumat vermiş və Qəhrəmanlarımız haqqında bir çox təbliğatların aparılmasını məsləhət görmüşdür, və gənclərin diqqətinə çatdırıb. Sonda layihə çərçivəsində keçirilən təlimlərdə iştirak edən gənclər sertifikatlar və kitabçalar təltif olunub.
sia.az