"Birincisi, Avropa gözləmirdi ki, Yaxın Şərqdə özlərinin səbəb olduqları təlatümlər nəticədə öz başlarına bəla olacaq. Yəni onlar ərəb ölkələrini inqilablara sürükləyəndə məqsədləri bu idi ki, müsəlmanlar biri-birilərini qırsın, bunlar da silah satıb pul qazansınlar, digər tərəfdən də ucuz neftə sahib olsunlar. Amma yanlış hesablar ona gətirib çıxardı ki, inqilabdan qaçan müsəlmanlar Avropanın öz başına bəla olmağa başladı". BunuSİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət Avropanın miqrantlardan imtina etməsinə münasibət bildirərkən deyib.Sədr bildirib ki, məhz ona görə də bu dəfə B planı işə salındı: "Yəni Türkiyəyə bir az pul verək, qaçqınları o ölkə idarə etsin ki, bizə doğru gəlməsinlər. Amma burada da bir yanlışa yol verirlər. Türkiyə təbii ki, Avropa olmadan da qaçqınlara qucaq açacaq və açır. Sadəcə Avropa özünün əsl simasını hətta bu insan faciəsindən də fayda götürməklə göstərmək istəyir. Avropa bir miqdar pul verib qaçqınlardan canını qurtarmaq istəyir. Paralel olaraq da Yunanıstanın Lesbos adasındakı bir-iki sakini qaçqınlara qucaq açdıqları üçün Nobel mükafatına namizəd irəli sürmək üçün çalışırlar.Yəni göstərmək istəyirlər ki, Avropa insanı humanistdir. Halbuki əsl Nobeli haqq edən Türkiyədir. Çünki özünün daxili problemlərinə baxmayaraq, bu ölkə milyonlarla qaçqına təmənnasız qucaq açır. Yəni Avropa bu pulu ayırmaqla özünü humanist kimi göstərmək istəyir, amma unudur ki, dünya indi o dünya deyil. Hər kəs hər kəsi yetərincə aydın görə bilir".
sia.az