"Prezident İlham Əliyevin sədrliyi ilə bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında və yanvarın 26-da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına dair konfrans keçirildi. Təbii ki, bu konfransda dövlət başçısı xüsusilə sahibkarlığa geniş yer verilməsindən, sahibkarlara şərait yaradılmasından, sahibkarların işləri ilə əlaqədar olaraq görülmüş işlərdən danışdı". Bunu SİA-ya Milli Məclisin aqrar-siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.Onun sözlərinə görə, son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 loqistik mərkəzinin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun yaradılması təmin edilib: "Göründüyü kimi, bunlar hamısı sahibkarlıqda olan işlərdir. Kənd təsərrüfatı sahəsinə verilmiş vergi güzəştləri nəticəsində son 10 ildə 2 milyard manatdan artıq vəsait sahibkarların sərəncamında qalıb. Təbii ki, bu da imkan verir ki, sahibkar öz təsərrüfatını genişləndirsin.2007-2015-ci illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrinə və reproduksiyalı toxumlara və tinglərə görə fermerlər dövlət büdcəsindən 1 milyarddan çox subsidiya verilib. Bu, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində cənab Prezidentin göstərdiyi diqqət və qayğıdır. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005-2015-ci illər ərzində müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınaraq hüquqi və fiziki şəxslərə güzəştli şərtlərlə lizinqə verilməsinə və ya lizinq yolu ilə satılmasına 700 milyon manatdan çox büdcə vəsaiti ayrılıb".E.İbrahimov əlavə edib ki, bu illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş 1,2 milyard manat güzəştli kreditlərin 936 milyon manatı və ya 78 faizi (bu vəsait hesabına yeni açılmış 110 mindən çox iş yerlərinin isə 89 mini və ya 81 faizi) regionların payına düşüb: "Bu isə kənd təsərrüfatının və son nəticədə regionların iqtisadi inkişafına imkan verib. Regionların sosial-iqtisadi inkişfına dair qəbul edilmiş iki Dövlət Proqramının icrasına 10 il ərzində 50,7 milyard manat (o cümlədən birinci proqrama 16 milyard, ikinci proqrama isə 34,7 milyard manat) vəsait yönəldilib. Bundan əlavə regionların sosial-iqtisadi inkişafına dair proqramlarında nəzərdə tutulmayan məsələlərin həllinə Prezidentin müvafiq sərəncamları ilə ehtiyat fondundan 737,4 milyon manat vəsait ayrılıb".
yap.org.az