"Ümumiyyətlə Böyük Britaniyanın paxtaxtı Londonda keçirilən tədbirdə böyük həcmdə vəsait toplanılıb ki, miqrantlara yaxın olan ölkələrə (İordaniya, Livan, Türkiyə, Yunanıstan) yardımlar olunsun. Çünki sözügedən ölkələr qaçqın axınından ən çox əziyyət çəkən ölkələrdir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, həmin vəsait müvafiq dəstəyin göstərilməsinə, düşərgələrin salınmasına, qaçqınların bir sıra sosial problemlərinin həllinə yardım etmək məqsədilə toplanılıb: "Avropa böyük həcmdə qaçqınları qəbul etməyə hazır deyil. Təbii ki, burada bir neçə amil əsas rol oynayır. Söhbət əsasən mədəniyyətlərin toqquşmasından gedir. Beləcə, fərqli zəmin, mühit bir sıra gərginliklər yaradır. Çox istərdik ki, Türkiyə bu proseslərdə zərər çəkməsin və dövlətçiliyinə qarşı hansısa problemlər yaradılmasın. Artıq uzun müddətdir ki, milyonlarla qaçqını qəbul etmiş Türkiyə çox ciddi problemlərlə üzləşir. Onun üçün də Avropa İttifaqı və bu prosesdə müəyyən dərəcədə iştirak edən ölkələrin ciddi dəstəyinə ehtiyac var. Buna oxşar vəziyyət İordaniyada da yaradılıb. Avropa İttifaqı və bu proseslərdə iştirak edən digər ölkələr də qaçqınların vəziyyətlərinin yaxşılaşdırılmasına çox ciddi yanaşmalıdırlar. Əks halda həm Avropa, həm də bölgədə gərginlik daha da arta bilər".
sia.az