Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş Ofisində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş "Qüsursuz gələcək" adlı layihənin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP GB ofisinin koordinatoru Fərid Nəsibov bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən "Qüsursuz gələcək" adlı layihənin aktual olduğunu qeyd edib.Daha sonra layihə rəhbəri Yeganə Qasımova bu layihə haqqında ətraflı məlumat vermiş və loqoped uşaqlar ilə bağlı məlumatları iştirakçıların nəzərinə çatdırıb.Daha sonra tədbir layihə iştirakçılarının sualları ilə davam edib.
sia.az