PDF Oxu

Siyasət

  • 19

Uşaqlarla bağlı yeni qanun layihəsi hazırlanır

Uşaqlarla bağlı yeni qanun layihəsi hazırlanır

"Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi "Uşaqların sağlamlığına və inkişafına ziyan verən informasiyalardan qorunmaları" haqqında yeni qanun layihəsi üzərində çalışır". Bu barədə SİA-ya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib.Komitə sədri vurğulayıb ki, yeni hazırlanan qanun layihəsi uşaqların inkişafında mühüm əhəmiyyətə malik olacaq: "Bəzən elə informasiyalar olur ki, onlar uşaqların həm beyninə, həm savadına, həm də inkişafına təsir edir. Misal üçün sui-qəsd, intiharla bağlı informasiyalar çox zaman uşaqların psixologiyasına təsir göstərir ki, bu da onların gələcək inkişafında fəsadsız ötüşmür. Bütün bunları nəzərə alaraq, komitə tərəfindən belə bir qanun layihəsinin hazırlanması ilə bağlı təklif irəli sürmüşük. Hazırda komitəmizin bütün üzvləri yeni layihə üzərində çalışır. Layihənin yaz sessiyasında müzakirəyə çıxarılacağı planlaşdırılır. Qanun layihəsinin qəbulu üçün səylərimizi əsirgəməyəcəyik". A. Naxçıvanlı yaxın zamanlarda komitə tərəfindən geniş maarifləndirici tədbirin keçirilməsi haqqında da məlumat verib. O bildirib ki, Sabunçu rayonunda keçirilməsi planlaşdırılan tədbirdə erkən nikahlar, qadın zorakılığı, adət-ənənələrimiz, ailədə ağbirçəyin və ağsaqqalın rolu ilə bağlı mövzular müzakirəyə çıxarılacaq: "Hazırda tədbirin proqramı hazırlanır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ağsaqqqallar Şurasının, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcra Hakimiyyətlərinin və KİV nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbirdə mənəvi dəyərlərimizin yenidən dirçəldilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Təəssüf ki, indiki gənclərin əksəriyyəti qaynana və qaynata ilə yaşamaq istəmirlər. Ancaq biz bilirik ki, kəndlərimizdə elə ailələr var ki, 3-4 oğul, gəlinlər evin ağsaqqalı və ağbirçəyi ilə birgə çox mehriban yaşayırlar. Bunlar ata-bababalarımızdan qalan ənənələrdir ki, onları qorumaq lazımdır. Keçirəcəyimiz tədbirə bu cür ailələrin dəvət olunmasına çalışacağıq ki, gənclərimiz həmin ailələrdən nümunə götürsünlər".

sia.az

Digər xəbərlər