PDF Oxu

Siyasət

  • 45

Sədr: “İranla Azərbaycan arasında ayrı-seçkilik görmürük” YENİLƏNİB

Sədr: “İranla Azərbaycan arasında ayrı-seçkilik görmürük” YENİLƏNİB

Bu gün İran İslam Respublikasının (İİR) Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri doktor seyid İbrahim İbrahimi İran İslam İnqilabının şanlı qələbəsinin 37-ci ildönümü münasibətilə əlaqədar İİR-nın Bakıdakı Mədəniyyət Mərkəzində mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, o bildirib ki, 1979-cu ildə azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə qalxan İran xalqı qələbə qazanıb, ötən dövrdə İran İslam Respublikası uğurlu inkişaf yolu keçib: "Bu gün dünya ölkələri ilə səmərəli əməkdaşlığın qurulması İran İslam Respublikasının xarici siyasət kursunun əsas istiqamətini təşkil edir. İran-Azərbaycan münasibətlərinin inkişafı da bu mənada mühüm əhəmiyyətə malikdir. Hazırda hər iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf etdirilir".İbrahim İbrahimi əlavə edib ki, İranla Azərbaycan arasındakı mədəni, dini münasibətlər yüksək səviyyədədir: "Bu münasibətlər getdikcə inkişaf edir. Azərbaycanla İran arasındakı əlaqələrin pozulmasına heç bir ölkə mane ola bilməz. Bu yaxınlarda İranın film, kino günləri Bakıda keçiriləcək. İki ölkə arasında informasiya mübadiləsi də inkişaf edir. Hər iki ölkənin jurnalistləri bir-birilərinə ezam edirlər. Bununla yanaşı İranda çəkilmiş filmlərdə Azərbaycanda böyük təbliğ olunur və baxış sayıda çoxdur. Eynilə də Azərbaycanın milli filmləri İranda da belə qarşılanır. Millətlər arasında mədəniyyət inkişaf edir. İranın inkişafı Azərbaycanın inkişafıdır. Azərbaycanın inkişafı isə İranın inkişafıdır. İranla Azərbaycan arasında ayrı-seçkilik görmürük".Sədr vurğulayıb ki, dünyada baş verən terrora baxmayaraq Azərbaycan və İran arasında münasibətlər sülh şəraitindədir: "İranın dünyaya dostluq mesajından başqa bir sözü yoxdur. İran daima öz ölkəsini müdafiəsi uğrunda çalışır və bu gün də bu siyasəti həyata keçirir. İrana təzyiqlərə baxmayaraq, İran bu gün də öz ərazi bütövlüyünü qoruyub saxlamağı bacarıb".Konfrans diskussiya şəklində davam etdirilib.

sia.az

Digər xəbərlər