Bu gün İran İslam Respublikasının (İİR) Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri doktor seyid İbrahim İbrahimi İran İslam İnqilabının şanlı qələbəsinin 37-ci ildönümü münasibətilə əlaqədar İİR-nın Bakıdakı Mədəniyyət Mərkəzində mətbuat konfransı keçirir. SİA-nın məlumatına görə, o bildirib ki, 1979-cu ildə azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə qalxan İran xalqı qələbə qazanıb, ötən dövrdə İran İslam Respublikası uğurlu inkişaf yolu keçib. Bu gün dünya ölkələri ilə səmərəli əməkdaşlığın qurulması İran İslam Respublikasının xarici siyasət kursunun əsas istiqamətini təşkil edir.İbrahim İbrahimi əlavə edib ki, İran-Azərbaycan münasibətlərinin inkişafı da bu mənada mühüm əhəmiyyətə malikdir: "Hazırda hər iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf etdirilir".
sia.az