PDF Oxu

Siyasət

  • 25

Mehriban Abasquliyeva: "Bu, insan amilinə göstərilən böyük diqqətdir"

Mehriban Abasquliyeva: "Bu, insan amilinə göstərilən böyük diqqətdir"

"Prezident İlham Əliyevin keçirdiyi son müşavirələrdə irəli sürdüyü fikirləri və dövlət strukturlarına verdiyi tapşırıqları ilk növbədə belə deməyə əsas yaradır ki, bu, ölkə başçısının insan amilinə, vətəndaş faktoruna göstərdiyi böyük diqqətin məntiqi nəticəsidir". Bu fikirləriSİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva dövlət strukturlarının vətəndaşlara çoxsaylı iş yerləri və vakansiyalar təqdim etməsinə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev nəninki son, ümumiyyətlə, bütün çıxışlarında vurğulayır ki, dövlətin bir nömrəli vəzifəsindən biri məhz vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasıdır: "Bu gün dünyada iqtisadi böhran yaşanır və bu böhran əslində uzun illərdir ki, dava edir. Lakin Azərbaycana indilərdə təsir etməyə başlayıb. Cənab Prezident 7 il bundan öncə dünyada böhranlı vəziyyətin yaranmasına baxmayaraq, Öz mütərəqqi siyasəti ilə ölkəmizi ondan toxunulmaz olaraq saxlamağa müvəffəq olub. Avropada, Qərb ölkələrində iş yerləri bağlanarkən, ölkələrin iqtisadi sferaları çökərkən, Azərbaycan inkişaf yolunu davam etdirdi, milyondan çox iş yeri açıldı, regionlarda bütün infrastrukturlar ən müasir standartlara əvəz edildi. Bəlkə də kimlərsə bu cür nəhəng işlər müəyyən səbəblərə görə sərf etməyə bilər. ancaq reallığı, gerçəkliyi əyərləndirməyi bacaran hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin bu addımlarını gördü, dəstəklədi".

"Azərbaycan öz potensialı ilə bunu sübut edir"

YAP Sabunçu rayon təşkilatının sədri həmçinin qeyd edib ki, iqtisadi böhrandan özləri üçün sui-istifadə etməyə cəhd edənlər indi qanun qarşısında cavab verməli olacaqlar: "Əlbəttə ki, Azərbaycan dövlətinin dünyadakı nüfuzunu, o cümlədən, hakimiyyətin xalq qarşısındakı nüfuzunu xələl vurmaq yolları ilə aşağı salmaq istəyənlər də tapıldı. Lakin dövlət rəhbərinin müdaxiləsindən, sərt çıxışlarından, göstərişlərindən sonra bütün problemlər aradan qaldırıldı. Süni qiymət artımına son qoyuldu. Bu gün iqtisadi böhran çərçivəsində bunu üzərində ən az hiss edən ölkə də məhz Azərbaycandır. Çünki Azərbaycan öz potensialı ilə bunu sübut edir".

"Xalq öz Prezidentini dəstəkləyib, dəstəkləyir, bundan snra da dəstəkləyəcək!"

Mehriban Abasquliyeva bir sıra dövlət strukturlarının məhz Prezident İlham Əliyevin göstərişindən sonra minlərlə iş yerləri vakansiyaları təklif etməsini gələcəkdə də davam edəcəyini deyib: "Bu gün bu prosesə başlanılıb və işsiz vətəndaşlarımız iş yerləri ilə təmin olunurlar. Əlbəttə ki, bu çox böyük bir hadisədir. Çünki xarici ölkələrdə yüz minlərlə insanlar ixtisara salınır, işdən çıxarılırlar. Amma Azərbaycanda tamamilə əskinə proses gedir. Bu bir daha sübut edir ki, Azərbaycan Prezident İlham Əliyev Cənablarının rəybərliyi ilə yaxın zamanlarda bütün sınaqlardan uğurla, qalibiyyətlə çıxacaq. Xalq öz Prezidentini dəstəkləyib, dəstəkləyir, bundan snra da dəstəkləyəcək!"

sia.az

Digər xəbərlər