İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində bu gün Azərbaycan Xarici İşlər Nazirliyində olub. SİA-nın məlumatına görə, Marqot Vallströmla nazir Elmar Məmmədyarov arasında həm təkbətək, həm də geniştərkibli görüş keçirilib.Görüşdə hər iki nazir ölkələr arasındakı əməkdaşlıq əlaqələrindən və gələcək planlardan danışıb. Rəsmilər həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin bu işdə fəallığının artırılmasının vacibliyini vurğulayıblar.Daha sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib və jurnalistlərin suallarına aydınlıq gətirilib.
sia.az