PDF Oxu

Siyasət

  • 31

Arif Əşrəfov: "Komitədə 70 iş yeri açılacaq" AÇIQLAMA

Arif Əşrəfov: "Komitədə 70 iş yeri açılacaq" AÇIQLAMA

"Sahibkarlıq orqanları 2 il müddətinə yoxlamalardan azad edilsə də, komitə tərəfindən təsərrüfat subyektlərinə vizual baxış davam edir".SİA xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, komitə tərəfindən təsərrüfat subyektlərinə monitorinqlərin tətbiqi davam edir: "Mövcud qüsurlarla bağlı subyektlərə tövsiyələr veririk. Qanunvericiliklə bağlı müasir beynəlxalq hüquq normalarına və bazar iqtisadiyyatına uyğun təkmilləşdirmə aparılır. Akkreditasiya haqqında qanunun qəbulu bu yöndə çox önəmlidir. Komitədə 70 yeni iş yeri açılacaq. Bunun 40-ı rayonlara düşür. Bölgələrdə həmin işçilərə təxminən 300 manat, mərkəzdə isə biraz artıq əmək haqqı veriləcək. Komitənin yeni binası tikilib. Eyni zamanda komitə yanında Appelyasiya Şurası yaradılıb. 9 qurum komitə tərkibində sertifikat vermək üçün akkreditasiyadan keçib. Bütün regionlarda sertifikasiya sahəsində dövlət büdcəsindən qidalanmadan müstəqil qurumlar yaradılıb. Yeni iş yerləri əsasən sertifikasiya sahəsində olacaq".

sia.az

Digər xəbərlər