PDF Oxu

Siyasət

  • 31

Ekspert: “Telekanallar onun söyüşlərini səs siqnalları ilə “örtürlər" AÇIQLAMA

Ekspert: “Telekanallar onun söyüşlərini səs siqnalları ilə “örtürlər" AÇIQLAMA

"Siyasətlə azdan-çoxdan maraqlanan şəxslər sözsüz ki, hazırda ABŞ-da keçirilən praymeri səsverməsini böyük maraqla izləyirlər. Növbəti dönəm üçün dünyanın super dövləti sayılan Amerikanı idarə edəcək respublikaçı namizədlər arasında tikinti maqnatı Donald Trump diqqəti özünə cəlb etməkdə davam edir. Mən deyərdim ki, son 50 ildə bəlkə də belə seçkiöncəsi mənzərə müşahidə olunmamışdı". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, iş o yerə çatıb ki, qalmaqallı Donald Trump rəqibi və partiyadaşı Ted Cruz-u son dərəcə ədəbsiz sözlərlə təhqir etməsinə, bundan əvvəlki ziddiyyətli mülahizələrinə və populizminə baxmayaraq, namizədlər arasında ən çox səs toplayan şəxs ola bilib: "Trump bəlkə də Amerika tarixinə öz ziddiyətli hərəkətləri və davranışı, çıxışları ilə daxil olacaq siyasilərdən biri olacaq. Bir qədərə əvvəl o öz rəqiblərindən biri olan Vyetnam müharibəsi veteranını söymüşdü. Fox televiziyasının aparıcısını təhqir etmişdi. Nyu Hempşirdəki çıxışında isə o rəqibi Cruz-u daha ədəbsiz şəkildə təhqir etmişdi. Fakt faktlığında qalır ki, bu şəxs söyüş soydukcə sanki reytinqini artiqmaqa çalışır. Telekanallar onun söyüşlərini səs siqnalları ilə "örtürlər".Əlbəttə ki, bəzi kəsim üçün onun milliətçi çıxışları, aqressiv hərəkətləri hardasa nasist Adolf Hitlerin hərəkətlərini xatırladır və onlar bundan zövq alırlar. Zənnimcə, bu faktın özü sonda Trumpun ABŞ kimi nəhəng dövlətin başçısı olmasına çox böyük maneə olacaq".

sia.az

Digər xəbərlər