PDF Oxu

Siyasət

  • 23

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası yaradılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası yaradılıb

Prezident İlham Əliyevin 2016-cı il fevralın 3-də imzaladığı "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanına uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Apellyasiya Şurası yaradılıb.AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 10-da komitənin aparat rəhbəri Arif Əşrəfov qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi üçün keyfiyyət infrastrukturu sahələrində aparılan islahatlara həsr olunmuş mətbuat konfransında bildirib.Altı üzvü olan şurada şikayət ərizələrinə baxılacaq, təsərrüfat subyektlərinin haqlı müraciətləri müzakirə olunacaq və yekun qərar qəbul ediləcək.Aparat rəhbəri bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətlərinin müasir dövrün çağırışları, qarşıya qoyulan tələblərin icrası və sahibkarlığın inkişafı üçün əsas alət rolunu oynadığını qeyd edən aparat rəhbəri hazırda keyfiyyət infrastrukturunun istehsalçıların, sahibkarlığın, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrildiyini qeyd edib.A.Əşrəfov bildirib ki, son illər ölkəmizdə yaradılan müasir emal müəssisələrinin istehsal etdiyi ərzaq və qeyri-ərzaq məhsulları istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Təbii ki, bəzi məhsulların keyfiyyətinin hələ dünya standartlarına tam cavab verə bilməməsi və dünyanı bürüyən iqtisadi böhranın respublikamızda həmin emal müəssisələrinə nə dərəcədə təsir edəcəyi də ciddi problem olaraq qalır. Bütün bunlara baxmayaraq, əminliklə deyə bilərik ki, bundan sonra da dövlət başçısının düzgün siyasi xətti əsasında problemlər uğurla həll ediləcək.Hazırda dünya bazarında neftın qiymətinin aşağı düşməsi fonunda Azərbaycanda neftdən asılılığın minimuma endirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı üçün keyfiyyət infrastrukturuna aid texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən geniş istifadə olunması yeni perspektivlər vəd edir.Aparılan islahatlar nəticəsində uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətinin inkişafı üzrə də bir sıra mühüm işlər görülüb. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyası ilə bağlı xüsusi fəaliyyət istiqamətlərinə aid olan standartlar hazırlanıb, fəaliyyətin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə "Akkreditasiya sahəsində" standartlaşma üzrə Texniki Komitə yaradılıb. Vətəndaşların dövlət tərəfindən yayımlanan məlumatlara çıxış imkanlarının artırılması, kütləvi informasiya vasitələrinin informasiya əldə etmək və yaymaq hüququnun təmin edilməsi, komitə və kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın artırılması və əməkdaşlığın gücləndirilməsi, həmçinin elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə uyğunluq sertifikatlarının dövlət reyestrinin ictimaiyyətə açıq şəkildə təqdim olunmasına başlanılıb.Hazırda istənilən şəxs həm komitənin, həm də Dövlət Akkreditasiya Xidmətinin saytı vasitəsilə həm akkreditasiya olunmuş orqanlar barədə ətraflı məlumata, həm də sertifikatlaşdırma orqanlarının sertifikatlaşdırdıqları müəssisə və məhsullar barədə müfəssəl məlumat əldə edə bilər. Bu isə, öz növbəsində, istehlakçılara məhsul, mal və xidmət seçimində yardım edir, ictimaiyyət operativ olaraq sertifikatlaşdırılan məhsullarla tanış olur, bu sahədə baş verə biləcək saxtakarlıq hallarının qarşısını alır.Mətbuat konfransında məlumat verilib ki, Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar çərçivəsində Komitənin tabeliyində olan bir sıra qurumların hüquqi statusunun dəyişilməsi ilə bağlı təkliflər hazırlanır. Bunun əsas məqsədi dövlət büdcəsindən bu sahələrə ayrılan vəsaitə qənaət edilərək özünü maliyyələşdirmə mexanizmləri tətbiq etmək, bununla da yeni iş yerlərinin açılması, regionlarda bu fəaliyyət sahələri ilə məşğul olan potensial işçi qüvvəsinin formalaşması və beləliklə, sahələr üzrə müasir tələblər səviyyəsində işin qurularaq inkişaf etdirilməsidir. Artıq bununla bağlı komitə rəhbərliyinin tapşırıqları olmuş, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) kadr potensialının genişləndirilməsi, regionlarda fəaliyyətinin artırılması üzrə işlər görülür. Hazırda AzTEST-də 70-ədək daimi iş yerinin açılması prosesi həyata keçirilir.

AZƏRTAC

Digər xəbərlər