PDF Oxu

Siyasət

  • 31

Politoloq: ““Kələfin ucunu itirmiş” Putin... AÇIQLAMA

Politoloq: ““Kələfin ucunu itirmiş” Putin... AÇIQLAMA

"Rusiya dövlət başçısı prezident səlahiyyətləri bitdiyi andan cinayət məsuliyyətinə cəlb edilə bilər"

"Rusiya prezidenti Vladimir Putin öz günahı üzündən ölkəsində davam edən iqtisadi və siyasi böhranı önləmək iqtidarında olmadığı üçün ölkə daxilində və xarici siyasət meydanında öz populist çıxışları və "guya mürəkkəb çoxgedişli manevrləri" ilə hakimiyyətinin ömrünü uzatmağa çalışır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, Rusiyanın Suriyaya müdaxiləsi də məhz buna hesablanmış aksiyadır: "Bu hərəkətləri ilə Putin hakimiyyəti özünü daha çox dolaşığa salır. Hər gün törətdiyi cinayətlərin sayı artmaqda davam edir. Bu da Putini daha çox öz prezident kürsüsünü qorumağa vadar edir. Dünya çox kiçilib. Hazırki şəraitdə ədalətdən qaçıb gizlənmək üçün ya Şimali Koreya respublikasına ya da afrika cəngəlliklərinə getmək olar.Hesab edirəm ki, Rusiya dövlət başçısının prezident səlahiyyətləri bitdiyi andan cinayət məsuliyyətinə cəlb edilə bilər: "O, insanlıq əleyhinə törətdiyi cinayətlərə görə hər an məhkəmə qarşısına çıxarıla bilər. Bu səbəbdən də "kələfin ucunu itirmiş Putin ağılsız qərarlar verməkdə davam edəcək. Amma bu qərarların hamısı havadan asılı vəziyyətdə qalacaq.Rusiya parlamentarilərinin plenar iclasa 1921-ci ildə Türkiyə ilə bağlanmış "Qars müqaviləsinin " ləğvi barədə məsələ çıxartmaq cəhdi ilk baxışdan təhlükəli görünsədə bu qərarın hüquqi əsası yoxdur: "Əvvəla bağlanmış müqavilənin geriyə qüvvəsi yoxdur. Bu müqavilənin şərtlərinin ləğv olunması Rusiya tərəfinin niyyətinin çirkli olduğunu ortaya qoyur və mənəvi gərginlik yaradır. Müqavilədə Naxçıvanla bağlı müddəalar da mövcuddur. Rusiyanın belə bir niyyətə düşməsi bizi bir daha diqqətli olmağa, şər imperiyasından uzaq durmağa vadar edir. Belə bir qərarın parlamentdə qəbul edilməsi ehtimalı çox azdır. Rusiya belə bir ağılsız addım atmış belə olsa bu qərarın icra edilməsi mümkün deyil. Ən azından Rusiyanın nə iqtisadiyyatı nə də beynəlxalq nüfuzu buna imkan vermir.

sia.az

Digər xəbərlər