PDF Oxu

Siyasət

  • 28

Tural Abbaslıdan müxalifətə MESAJ

Tural Abbaslıdan müxalifətə MESAJ

"Boş-boş fikir söyləmək əvəzinə, xalqın etimadını və rəğbətini qazanmaq lazımdır"

"Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin rəhbərlik etdiyi Strateji Düşüncə Mərkəzinin "Böhrandan İmkana Yol Xəritəsi" adlı sənəd hazırlaması məsələsini şəxsiləşdirməyin tərəfdarı deyiləm. Çünki belə böhranlı vəziyyətlərdə istənilən siyasi qruplar öz maraqları çərçivəsində yararlanmağa cəhd edir. Bu da səmimi görünmür". Bu fikirləri SİA-ya açıqlamasında "AĞ Blokun" təsisçisi, Müsavat partiyasının keçmiş divan üzvü Tural Abbaslı deyib.O qeyd edib ki, əslində bu insanların durumunda qeyri adi heç nə yoxdur: "İllərdir yerində sayan müxalifət istər siyasətdə, istərsə də cəmiyyəti maraqlandıran məsələlərdə real addımlar atmaq əvəzinə, gündəmdə qalmaq üçün fikir söyləyirlər. Təbii ki, burada da heç bir səmimilikdən söhbət gedə bilməz. Bu baxımdan hesab edirəm ki, müxalifətin xalqın yaşayışı və yaxud ölkənin iqtisadi vəziyyəti haqqında nəsə fikir irəli sürməsinə qiyməti elə xalqın özü verəcək. Boş-boş fikir söyləmək əvəzinə xalqın etimadını və rəğbətini qazanmaq lazımdır".

sia.az

Digər xəbərlər