PDF Oxu

Siyasət

  • 32

Politoloq: “Bir-birlərini xəyanətdə günahlandırırlar” AÇIQLAMA

Politoloq: “Bir-birlərini xəyanətdə günahlandırırlar” AÇIQLAMA

"Hər bir demokratik ölkədə iqtidar siyasi partiyaları ilə yanaşı həmin siyasi partiyaların idarəetmə mexanizmi ilə razı olmayan müxalifət partiyaları da olmalıdır. Ancaq təbii ki, milli müxalifət partiyalarından söhbət gedir. Müxalifət partiyaları iqtidar üçün güzgü rolunu oynamalı və həmin partiyalar vasitəsi ilə idarəetmədə etdikləri səhvləri görə bilsinlər. Bütün bunlara görə hər bir demokratik dövlət də güclü iqtidar arzulayır ki, onun ölkəsində güclü milli müxalifət partiyaları olsun". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.Onun sözlərinə görə, Azərbaycanda hazırki hakimiyyətdə təmsil olunan siyasi partiya da arzulayır ki, ölkəmizdə milli və güclü müxalifət partiyaları formalaşsın, fəaliyyət göstərsin: "Ancaq bu gün müxalifət partiyalarının özlərinin arasında belə birlik yoxdur və bir-birlərini dövlətlə əməkdaşlıqda, xəyanətdə günahlandırırlar. Bu ittihamlarla çıxış edən "Milli Şura"da fəaliyyət göstərən siyasi təşkilatlar və fərdlər özləri hansı ölkənin xüsusi xidmət orqanına, hansı ölkənin lobbisinə necə xidmət etdiklərinin fərqində belə deyillər. Bir neçə milli mənafe müxalif olmayan, dövlətçiliyə zərbə vurmayan müxalifət partiyalarının yığışıb sağlam bir birlik yaratması nə hakimiyyəti, nə də ki, digər "cəbhədə" fəaliyyət göstərən müxalifət düşərgəsini narahat etməməlidir".R.Alıyev əlavə edib ki, ancaq təəssüflər olsun ki, xarici donorların maliyyəsi ilə fəaliyyət göstərən, xarici xidmət orqanlarına və lobbilərə xidmət edən "Milli Şura"da təmsil olunan bu siyasi təşkilatlar və fərdlər özlərini öz himayədarlarına və maddi dəstəkçilərinə ölkənin ana müxalifət partiyaları kimi təqdim etmək üçün digər müxalifət partiyaları dövlətlə əməkdaşlıqda günahlandırırlar: "Ancaq özləri də anlamırlar ki, həmin bu "Milli Şura"da təmsil olunan və digər dövlətçiliyimizə xəyanət edən siyasi partiyalar dəstək aldıqları xarici qüvvələrin ölkəmizdə olan "5-ci kolon" funksiyasını yerinə yetirirlər".

sia.az

Digər xəbərlər