PDF Oxu

Siyasət

  • 27

Musa Qasımlı: “İki ölkənin münasibətlərinin böyük perspektivləri var” AÇIQLAMA

Musa Qasımlı: “İki ölkənin münasibətlərinin böyük perspektivləri var” AÇIQLAMA

"İran İslam Respublikası bizim cənub qonşumuzdur". Bunu SİA-ya professor, millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, Azərbaycan-İran arasında münasibətlərin dərin tarixi kökləri var: "Bizi bir çox amillər yaxınlaşdırır. Hər iki ölkənin münasibətlərinin böyük potensialı və perspektivləri var. Azərbaycan dövləti daima İranla münasibətlərində mehriban qonşuluq, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq siyasətini yürüdüb. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin İran İslam Respublikasına səfəri münasibətlərimizi daha da zənginləşdirəcək".Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın sonlarında İrana səfər edəcək. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Onun sözlərinə görə, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşacaq: "Səfər rəsmi səfərdir. Səfər zamanı iqtisadiyyat ve enerji sahəsində sənədlər imzalanacaq".

sia.az

Digər xəbərlər