PDF Oxu

Siyasət

  • 26

"Minsk qrupunun yığıncağı həmsədrlər və ermənilərin ifşası olacaq"

"Minsk qrupunun yığıncağı həmsədrlər və ermənilərin ifşası olacaq"

"ATƏT-in Minsk qrupunun tam tərkibdə yığıncaq keçirməsi, Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərə bilər". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.O bildirib ki, Minsk qrupunun birgə toplantısı ermənilərin həmsdərlərlə birgə iş mexanizmini dağıda bilər: "Bilirsiniz ki, həmsədrlər və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinə çalışırlar. Onlar həm Ermənistanın maraqlarına xidmət edir, həm də özlərini vəzifədə saxlayırlar. Ümumiyyətlə düşmən ölkə münaqişəni tənzimləmək fikrində deyil". Politoloq vurğulayıb ki, ATƏT-in Minsk qrupunun tam tərkibdə yığıncaq keçirməsi məsələsini 3 il bundan əvvəl Türkiyə gündəmə gətirsə də, sonradan bu iş dayandırıldı: "Sözügedən ideya 3 il bundan qabaq Türkiyə tərəfindən gündəliyə gətirilib. Daha sonra Minsk qrupunun ayrı-ayrı dövlətləri də həmin ideyanı dəstəklədilər. O zaman həmsdərlər bunu öz üzərilərinə götürdülər və bildirdilər ki, üzv dövlətlərlə görüşüb yığıncağın yerini və vaxtını müəyyənləşdirəcəklər. Lakin sonradan onlar birgə yığıncağın keçirilmə ehtimalını sıfıra endirdilər. Həmsədrlərin tənzimləmə prosesi biyabırçı gündədir. Türkiyə bura daxil olan dövlətlərdən yalnız biridir. Bu iş tək onun ideyası əsasında baş tuta bilməzdi. Lakin Türkiyədən sonra ATƏT-in Minsk qrupunun ümumi toplantısının keçirilməsi ilə İsveç məşğul olarsa, bu toplantının həyata keçməsi mümkündür".M. Əhmədoğlunun sözlərinə görə, sözügedən yığıncaq həm həmsədrlərin, həm də ermənilərin ifşası olacaq: "Toplantı zamanı həmsədrlər lazımi təkliflərin verilməməsi, yenilənmiş Madrid Prinsiplərinin dəstəklənməsi istiqamətində lazımi fəaliyət göstərilməməsi, bu vaxta qədər Dağlıq Qarabağın erməniləri və azərbaycanlıları arasında bir dəfə də olsun görüşünün baş tutmaması ilə işfa olunacaqlar. Həmsədrlərin ifşa olunması, ermənilərin də ifşasına gətirib çıxaracaq".

sia.az

Digər xəbərlər