"Heç kimə sirr deyil ki, ABŞ-ın rəsmi nümayəndələri də Ermənistanın mövqeyindən çıxış edirlər. Təbii ki, bu da müəyyən mənada qaranlıq məqamlardan xəbər verir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Onun sözlərinə görə, axı Ermənistan kimdir ki, ortalığa ciddi mövqe qoysun: "Hesab edirəm ki, rəsmi İrəvanın Azərbaycan torpaqlarını işğaldan azad etməməsi hamısı bir oyundur. Burada heç Ermənistanın mövqeyi də yoxdur. Bəli, bu gün işğalçı ölkə Rusiya tərəfindən müdafiə olunur. Bu yaxınlarda Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da bildirdi ki, bütün beynəlxalq təşkilatlara girovların geri qaytarılması ilə bağlı müraciətlər olunub. İndi buradan belə çıxır ki, guya Ermənistan heç kimlə hesablaşmır. Təbii ki, bunların hər biri oyundur. Burada ABŞ-ın, Rusiyanın da barmağı var. Ermənistanın adından Azərbaycana qarşı müəyyən təzyiq vasitələri kimi istifadə etməyə çalışırlar. Burada rəsmi İrəvanın mövqeyi yoxdur".
sia.az