PDF Oxu

Siyasət

  • 36

Fazil Mustafa: “Soros ABŞ-ın kəşfiyyət orqanıdır” AÇIQLAMA

Fazil Mustafa: “Soros ABŞ-ın kəşfiyyət orqanıdır” AÇIQLAMA

ABŞ-ın Corc Soros Fondu humanitar fond olaraq yaranmasına baxmayaraq, kifayət qədər siyasətə təsir etmək imkanına malikdir". Bu sözləri SİA-ya açıqlamasında Fazil Mustafa deyib. O bildirib ki, ümumiyyətlə, Amerikada maliyyə vəsaiti geniş olan fondların böyük əksəriyyətinin siyasi fəaliyyət var və bu, onlarda qəbahət sayılmır.Millət vəkilinin sözlərinə görə, bütün dünyada, elecə də post-sovet məkanında son illərdə baş vermiş bir çox hakimiyyət dəyişikliyində Soros Fondu önəmli rol oynayır: "Corc Sorosun rəhbərlik etdiyi qurum Ukrayna, Qırğızıstan və Gürcüstandakı hakimiyyət dəyişikliyi prosesinin təşkili və maliyyələşdirilməsində bir başa iştirak edib. Fond dövlətin siyasətini həyata keçirir. Amerika adının fond qoysa da, onu siyasətə qatır və hər bir dövlətin kəşfiyyat orqanı kimi fəaliyyət göstərir"."Sorosun nəzarətində olan fondlar və digər qurumlar da bir çox ölkələrdə hakimiyyət dəyişikliyi ilə məşğul olur"- deyə, F. Mustafa əlavə edib.

sia.az

Digər xəbərlər