PDF Oxu

Siyasət

  • 37

“Davamlı Müəssisənin İnkişaf Proqramı”

“Davamlı Müəssisənin İnkişaf Proqramı”

Bu gün "Davamlı Müəssisənin İnkişaf Proqramı"nın yekun mərhələsinə həsr olunmuş "Biznes Günü" keçirilib. SİA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclərə göstərilən diqqət və qayğının daha da artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da genişləndiyini diqqətə çatdırıb.Bildirilib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı Azərbaycan gəncliyinin inkişafı üçün yeni imkanlar yaradıb. Ölkəmizin artan iqtisadi qüdrətinin və nüfuzunun beynəlxalq aləmdə tanıdılmasında, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə gənclər fəal iştirak edirlər.Nazir müavini İntiqam Babayev vurğulayıb ki, "Davamlı Müəssisənin İnkişaf Proqramı" fərdi müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etmək məqsədi daşıyır: "Gənc sahibkarlar öz biznes ideyalarını plan şəklində təqdim edəcəklər. Münsiflər heyətinin üzvləri təklif olunan ideyaların həyata keçirilə bilmə dərəcəsinə, rəqabətə davamlılığına və biznes fəaliyyətinin inkişaf planına əsaslanaraq qiymətləndirmə aparacaqlar".Sonra digər çıxış edənlər də tədbirin əhəmiyyətindən və bu kimi layihələrin davamlı olmasından danışıblar.

sia.az

Digər xəbərlər