PDF Oxu

Siyasət

  • 48

ATƏT-in Minsk qrupunun tam tərkibdə toplantısından Azərbaycanın GÖZLƏNTİLƏRİ

ATƏT-in Minsk qrupunun tam tərkibdə toplantısından Azərbaycanın GÖZLƏNTİLƏRİ

Politoloq: "Ermənistana mövqe nümayiş etdirməyə qalsaydı, məsələ istənilən formada həllini tapardı"

"ATƏT-in Minsk qrupunun tam tərkibi deyiləndə Azərbaycan, Ermənistan, Rusiya, ABŞ, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç nəzərdə tutulur. Bunlardan da üçünün Rusiya, ABŞ və Fransanın bu qurumda həmsədrləri var. Bu həmsədrlər də Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsinin həllinə birbaşa cavabdehdirlər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.Politoloq bildirib ki, qrupun əsas vəzifəsi Dağlıq Qarabağ probleminin dinc yolla həllinə nail olmaqdır: "BMT Təhlükəsizlik Şurasının beş üzvündən üçünün bu qurumda təmsil olunmasına baxmayaraq, 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupu deklorativ bəyanatlar yaymaqla irəliyə doğru heç bir addım da atmayıb. Təbii ki,buna görə də cəbhə xəttində hər gün atəşkəs pozulur, hər iki tərəfdən itkilər verilir. Baxmayaraq ki, bütün dünya ölkələri dolayı yolla münaqişənin tənzimlənməsi ilə məşğul olur, Ermənistanın xeyrinə olaraq status-kvo hələ də saxlanmaqdadır".Arzu Nağıyev ATƏT-in Minsk qrupunun tam tərkibdə toplantısının keçirilməsini təqdirəlayiq hal hesab edərək qeyd edib ki, bu gün bəzi meqalayihələrin həlli regionla bağlı olduğu üçün bir sıra təşkilatlar artıq bu məsələnin həllinə önəm verməyə çalışırlar: "Bizim üçün əsas şərt ilk növbədə ərazi bütövlüyümüzdür. Bundan başqa regionda maraqlı olan supergüclərin, o cümlədən ABŞ və Rusiyanın da bu görüşdə rəyinin nədən ibarət olmasını bilmək mütləqdir. Yəni tək Ermənistana mövqe nümayiş etdirməyə qalsaydı, məsələ istənilən formada həllini tapardı. Bütütn bunları nəzərə alsaq Azərbaycanın sözügedən toplantıdan gözləntiləri böyükdür. Həmçinin qurumun hesabatını dinləmək də məqsəduyğundur. Yalnız verilən hesabtlardan sonra daha dəqiq addımlar atmaq mümkün olacaq".

sia.az

Digər xəbərlər