PDF Oxu

Siyasət

  • 26

Deputat: “Məsələ bu dərəcədə bəsitdir”

Deputat: “Məsələ bu dərəcədə bəsitdir”

"Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan "Azərbaycan Minsk qrupu formatından qurtulmaq istəyirsə, Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır" deməklə dolayısı ilə bu formatın onların maraqlarına tam cavab verdiyini bildirir. Haqlıdır da, ancaq müəyyən dərəcədə. Ona görə müəyyən dərəcədə ki, Minsk qrupu turistlərinin münaqişənin həllindənsə onun dondurlmasına çalışmaları Köçəryanın da təmsil olunduğu hərbi xuntanın hakimiyyətdə qalmasını təmin etsə də, erməni xalqı bundan heç nə qazanmır. Yəni vəziyyət bizim xeyrimizə olmadığı kimi onların da xeyrinə deyil". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, biz torpaq itirmişiksə, onlar bu vəziyyət üzündən hər gün adam itirirlər: "Söhbət təkcə cəbhədə öldürülənlərdən getmir. Hər il on minlərlə erməni indi Ermənistan adlandırılan torpaqları birdəfəlik tərk edirlər. Elə bu özü də gedər-gəlməzə getməkdir. Bu fakt da onu göstərir ki, Minsk qrupu turistlərinin Ermənistandakı hərbi xuntanı razı salan hərəkət və hərəkətsizlikləri, erməni xalqının əleyhinədir. Özlərini həmsədr kimi təqdim edənlərin belə bir mövqe sərgiləmələrinin arxasında isə heç də onların erməni xalqına sevgiləri yox, geosiyasi maraqları durur. Həmin dövlətlər bu fikirdədirlər ki, region üzərində təsir və təzyiqlərini sürdürmək üçün indiki vəziyyət onlara daha çox əl verir. Məsələ bu dərəcədə bəsitdir".

sia.az

Digər xəbərlər