PDF Oxu

Siyasət

  • 33

Aydın Mirzəzadə: “Prezidentin fikirləri auditoriyada böyük maraq doğurdu” AÇIQLAMA

Aydın Mirzəzadə: “Prezidentin fikirləri auditoriyada böyük maraq doğurdu” AÇIQLAMA

"Ümumiyyətlə hər il keçirilən Münxen Təhlükəsizlik Konfransı bu gün dünyada aktual məsələlərin həll edildiyi bir məkana çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında bir neçə dəfə çıxışı oldu. Dövlət başçısı çıxışlarının hər birində həm dünyanın, həm də Azərbaycanın təhlükəsizlik məsələləri ilə bağlı çox ciddi məsələlərə toxundu. Bu gün beynəlxalq hüquq normalarının işləməsinin vacibliyi bir daha vurğulandı". BunuSİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, Ermənistanın timsalında həmin normaların kobud şəkildə pozulması, ölkə ərazisinin işğal edilməsi ilə ərazi bütövlüyünün pozulması və s. tək region üçün deyil, eləcə də dünya üçün problem yaradan məsələdir: "Heç də təsadüfi deyil ki, bu gün Suriya və İraqdakı İŞİD təhlükəsi ilə Ermənistanın regionda törətdiyi təhlükə arasında hər hansı bir fərq qalmır. Konfransda cənab Prezident bir çox suallara cavabında artıq Azərbaycanın oturuşmuş və nüfuzlu dövlət olduğunu bir daha təsdiq etdi. Dövlət başçısının ölkəmizin xaricdən maliyyə yardımına ehtiyacın olmaması, bu gün qarşıya çıxan problemləri həll etmək iqtidarında olması fikirləri auditoriyada böyük maraq doğurdu. Onun qısa bir zaman ərzində görülən tədbirlər və islahatlar nəticəsində Azərbaycanın neftdən gələn gəlirlərdən asılılığının tamamilə ləğv ediləcəyini bildirməsi isə hesab edirəm ki, digər ölkələr üçün çox yaxşı inkişaf və problemlərin həll edilməsi nümunəsidir.Cənab Prezidentin Ermənistanın Xarici İşlər Nazirliyinin əməkdaşının provokasiyalı sualına cavabı isə rəsmi İrəvanın nüfuzuna çox böyük zərbə oldu. Ermənistanın işğalçılıq siyasəti, siyasi hakimiyyətinin saxtakarlıqla formalaşdırılması, Ermənistanın bu gün dünya üçün heç bir əhəmiyyət kəsb etməməsi fikirləri bu gün dünyanın aparıcı kütləvi informasiya vasitələrinin əsas səhifələrində öz yerini tutdu. Ümumən götürdükdə konfrans Azərbaycanı özünü təsdiq kimi, ölkəmizin bu gün öz müstəqilliyini qorumaq üçün ciddi addımlar atan bir dövlət kimi bir daha dünyaya nümunə göstərdi"

sia.az

Digər xəbərlər