"Leyla və Arif Yunuslar sadəcə olaraq Azərbaycandan çıxmaq istəyirlər. Çünki bu cütlük bütün mövcudluqları dövründə bu dövlətə, bu millətə uyğunlaşa, onu öz doğmaları kimi həzm edə bilmədi". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.Sədrin sözlərinə görə, ona görə də müalicə adı altında onlar Azərbaycanı birdəfəlik tərk etmək istəyirlər: "Məncə, onlara bu şans verilməlidir. Zatən bunlar Azərbaycana heç bir zaman heç bir faydası olmamış və olmayacaq insanlardır. Getsinlər, xaricdə müalicə də olunsunlar, istədikləri kimi yaşasınlar da. Azərbaycan bundan heç nə itirən deyil".
sia.az