PDF Oxu

Siyasət

  • 33

“Prezident Ermənistanın işğalçılıq siyasətini bir daha diqqətə çatdırdı” ŞƏRH

“Prezident Ermənistanın işğalçılıq siyasətini bir daha diqqətə çatdırdı” ŞƏRH

"Cənab Prezident ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məsələlər ətrafında ciddi fikirlər səsləndirdi ki, bu fikirlər həm Ermənistanın işğalçılıq siyasətini, bu işğalçılıq siyasətinin təbiətə və ekologiyaya vurduğu ciddi zərərləri təkrarən aydın ifadə etdi, həm də ölkəmizin qlobal təhlükəsizliyin təmin olunması sistemində ciddi yerə və rola malik olduğunu əsaslandırdı". Bu fikirləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakının əhəmiyyəti barədə şərhində deyib.Politoloq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?" mövzusunda keçirilən panel-müzakirədə iştirakı və səsləndirdiyi fikirlər olduqca əhəmiyyətlidir: "Azərbaycan Prezidenti hər şeydən öncə, ümumbəşəri ciddi problemə çevrilmiş ekoloji təhlükəsizlik sahəsində ölkəmizin verdiyi töhfəni diqqətə çatdırdı. Belə ki, Prezident Azərbaycanın iqtisadiyyatında əvvəlki illərlə müqayisədə ciddi artımın olmasına baxmayaraq, atmosferə qaz tullantılarının həcminin əhəmiyyətli dərəcədə azalmasına nail olunduğunu diqqətə çatdırdı. Bu sübut edir ki, ölkəmiz qlobal ekoloji təhlükəsizliyin təmin olunmasında ciddi rol oynayır və onun bu rolu daha da artır. Ölkə Prezidenti nəzərə çatdırdı ki, bir sıra məsələlərlə bağlı heç bir öhdəliyimiz olmadığı halda belə, müəyyən addımlar atılır. Məsələn, enerjisinin generasiyası üçün sudan və qazdan istifadə edilməsini Azərbaycanının bu istiqamətdə mühüm töhfəsi kimi diqqətə çatdırılıb".Onun sözlərinə görə, konfrans çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini və Azərbaycan ərazisinin 20%-nin erməni işğalı altında olduğunu bir daha diqqətə çatdırdı: "Hesab edirəm ki, cənab Prezidentin bu məsələyə xüsusi diqqət yetirməsi olduqca əhəmiyyətli idi. Hər şeydən öncə, belə mötəbər, bütün dünyanının diqqət mərkəzində olan tədbirdə Ermənistanın işğalçı dövlət olduğu səsləndirildi. Bunu növbəti uğurlu diplomatik gediş kimi qiymətləndirmək olar. Digər tərəfdən isə Ermənistanın işğalçılıq siyasəti nəticəsində regionda yaranmış ekoloji böhran haqqında aydın təsvvürlər formalaşdırıldı. Prezident arqumentləşdirilmiş şəkildə diqqətə çatdırdı ki, Ermənistan tərəfi Azərbaycan ərazilərini işğal altında saxlamaqla yanaşı, Araz çayını ciddi çirkləndirir, işğalı altında saxladığı nəzarətsiz ərazilərdə təbiətə və ekologiyaya qarşı əsl təcavüz həyata keçirir."

sia.az

Digər xəbərlər