"Ümumiyyətlə bu gün İran azərbaycanlıları ilə bağlı məsələdə ikitirəlik var". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.Onun sözlərinə görə, bu gün İranın özündə İran təmayülü, təhsili, tərbiyəsi ilə böyüyən insanlar yada düşür: "Burada artıq iki dövlət arasında da münasibətlərə bir qədər gərginlik yaradan səbəblər olur. Bu elə məsələdir ki, onu da düşünülmüş şəkildə edirlər. Azərbaycan dövləti burada hansı xətti götürsə, dərhal təzyiqlə üzləşə bilər. Məsələn, Gürcüstanda Osetiya, Türkiyədə kürd, Azərbaycanda isə Dağlıq Qarabağ problemi var. Hazırda İranla bağlı sanksiyalar qalxandan sonra təbii ki, hansısa bir təzahürat ortaya çıxmalı idi. Ola bilsin ki, İran Azərbaycanlılarına müstəqillik tələb edən layihə də həmin təzahürün nəticəsi idi. Təbii ki, bu gün bizim İranda yaşayan soydaşlarımız var. Biz istərdik ki, onların güzəranı yaxşı olsun və Azərbaycan dilində təhsil ala bilsinlər".
sia.az