PDF Oxu

Siyasət

  • 34

Kamran Nəbizadə: "Türkiyə-Rusiya müharibəsi barədə ehtimala varmaq doğru deyil" MÜNASİBƏT

Kamran Nəbizadə: "Türkiyə-Rusiya müharibəsi barədə ehtimala varmaq doğru deyil" MÜNASİBƏT

"Dağlıq Qarabağ məsələsində Türkiyə öz mövqeyini dəfələrlə qətiyyətlə səsləndirib. Bunu da tək Suriya kontekstində deyil, hər zaman bəyan edib. Bu gün də qardaş ölkə işğalçı Ermənistandan qoşunlarını Qarabağdan çəkməsini tələb edir və problemin dinc yolla həll olunmasının tərəfdarıdır". Bu fikirləri SİA-ya millət vəkili Kamran Nəbizadə Türkiyənin baş naziri Əhməd Davudoğlunun Suriya problemi konteksində Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsinə münasibət bildirərkən deyib.Ə.Davudoğlunun Dağlıq Qarabağ münaqişəsində Rusiyanın bilavasitə rolunun olmasına dair səsləndirdiyi fikirlərdən sonra Türkiyə-Rusiya müharibəsi ehtimalına da münasibət bildirən millət vəkili qeyd edib ki, istənilən kontekstdə Türkiyə-Rusiya müharibəsi barədə ehtimala varmaq doğru deyil: "Bu, hər iki dövlətin siyasi və iqtisadi maraqlarına ziddir. Azərbaycan da hər iki ölkə ilə dostluq və əməkdaşlıq edir, bu ölkələr arasında münasibətlərin əvvəlki səviyyədə bərpasında maraqlıdır. Azərbaycan tərəfi artıq bu istiqamətdə addımlar atıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün vasitəçilik etməyə hazırdır. Bir sıra türkdilli dövlətlər də bu təşəbbüs ilə çıxış edib. Bu baxımdan da hesab edirəm ki, heç bir halda Türkiyə-Rusiya müharibəsi olmayacaq. Düzdür, onlar arasında münasibətlər kəskinləşib. Amma hər iki dövlət bəzi amilləri nəzərə alaraq, müharibəyə getməyəcək. Daha çox problemlər masa arxasında çözüləcək".

sia.az

Digər xəbərlər