PDF Oxu

Siyasət

  • 59

Hərbi ekspert: "Türkiyənin cavabı çox sərt olacaq" AÇIQLAMA

Hərbi ekspert: "Türkiyənin cavabı çox sərt olacaq" AÇIQLAMA

"Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasına bir neçə saat qalmış xain əllərin Ankarada törətdiyi terror aktı sözsüz ki, çox üzücü və ağır hadisədir. Yəqin ki, qardaş Türkiyənin müvafiq qurumları bu hadisənin təşkilatçılarını və icraçılarını mütləq müəyyən edib öz sözlərini deyəcəklər". Bu fikirləriSİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, bu terror hadisəsinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ilə heç bir əlaqəsi yoxdur: "Birmənalı olaraq hadisənin kökündə Rusiya Suriya münasibətləri fonunda Türkiyənin mövqeyi dayanır. Qardaş Türkiyənin son vaxtlar öz ərazisində PKK və digər qanunsuz silahlı birləşmələrə qarşı həyata keçirdiyi anti-terror əməliyyatlarının da rolu böyükdür. Məhz NATO üzvü kimi Türkiyəni öz paytaxtında xaincəsinə, özü də Silahlı Qüvvələrin üzvlərinin yerləşdikləri avtomobillərə terror əməli həyata keçirmək açıq mesajdır. Düşünmürəm ki, Türkiyə bundan çəkinəcək və geriyə addım atacaq. Əksinə, dünənki vicdansızcasına və insanlıqdan kənar hadisədən sonra Türkiyənin və müttəfiqlərinin cavabı çox sərt olacaq. Buna əsla şübhəm yoxdur".Üzeyir Cəfərov Türkiyəyə qarşı həyata keçirilən terrorun türk dünyasına bir siqnal olduğunu bildirib. O qeyd edib ki, türk dünyası öz müdafiə və təhlükəsizliyini lazımi səviyyədə qorumalıdır: "Əgər xain və qisasçı qüvvələr dünyanın tanınmış dövlətlərindən biri sayılan Türkiyə ərazisində belə yaramazlıqlar həyata keçirirsə, onlar çox asanlıqla digər türk dövlətlərinin ərazilərində də xain əməllər həyata keçirə bilərlər. Bunu əsla unutmaq lazım deyil".

sia.az

Digər xəbərlər